İlham Əliyev Cənubi Afrika Respublikasının Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib

18 avqust 2022, 11:15
İlham Əliyev Cənubi Afrika Respublikasının Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib

Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Dipuo Berta Letsatsi-Dubanın etimadnaməsini qəbul edib.

Səfir Dipuo Berta Letsatsi-Duba etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Dövlətimizin başçısı səfirlə söhbət etdi.

Ölkələrimiz arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev siyasət, iqtisadiyyat, ticarət, investisiya sahələrində əməkdaşlığın fəallaşdırılmasının zəruriliyini qeyd etdi. Prezident İlham Əliyev, eyni zamanda, vurğuladı ki, siyasi sahədə təmasların çox yaxşı səviyyədə olmasına baxmayaraq, iqtisadi-ticari göstəricilər aşağı həddədir. Dövlətimizin başçısı bu baxımdan iqtisadi əlaqələrin genişləndirilməsi üçün mövcud potensialdan istifadə ediləcəyinə ümidvar olduğunu bildirdi.

Azərbaycanın Afrika qitəsi ölkələri ilə münasibətlərinin daha da genişləndirildiyini deyən Prezident İlham Əliyev Qoşulmama Hərəkatında əməkdaşlığımızı vurğuladı. Ölkəmizin bu təşkilat çərçivəsində həmrəyliyin gücləndirilməsi istiqamətində çox ciddi səylər göstərdiyini qeyd edən dövlətimizin başçısı Azərbaycanda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının və Qoşulmama Hərəkatı Gənclər Sammitinin keçirilməsini bunun yaxşı nümunəsi kimi dəyərləndirdi.

Xanım Dipuo Berta Letsatsi-Duba ölkəsinin Azərbaycana regionda və ümumilikdə strateji tərəfdaş kimi münasibət göstərdiyini qeyd edərək, Cənubi Afrika Respublikasının əməkdaşlığımızın daha yüksək səviyyəyə qaldırılmasında maraqlı olduğunu vurğuladı. Səfir münasibətlərimizin daha da genişlənəcəyinə ümidvar olduğunu ifadə etdi.

Söhbət zamanı turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi, iki ölkənin biznes dairələri arasında münasibətlərin yaradılmasının və iqtisadi-ticari əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd olundu.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
14:44
“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının...

10 yanvar 2025, 14:44
SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
14:40
“Rəqəmsal ekologiya” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Rəqəmsal ekologiya” informasiya sistemi yaradılsın.

2. “Rəqəmsal ekologiya” informasiya sistemi haqqında Əsasnamə” təsdiq...

10 yanvar 2025, 14:40
SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
13:16
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (bundan sonra – Agentlik) vəsaitindən istifadə mexanizmini...

10 yanvar 2025, 13:16