İlham Əliyev Çadın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib

18 avqust 2022, 11:20
İlham Əliyev Çadın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib

Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çad Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adum Danqay Nokur Qetin etimadnaməsini qəbul edib.

Səfir Adum Danqay Nokur Qet etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Dövlətimizin başçısı səfirlə söhbət etdi.

Ölkələrimiz arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında da sıx əməkdaşlıq həyata keçirildiyini bildirdi və ölkələrimizin bir-birinə qarşılıqlı dəstək göstərdiyini dedi. Dövlətimizin başçısı bu xüsusda Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətinin uzadılmasının Çad tərəfindən dəstəklənməsini məmnunluqla qeyd etdi.

Prezident İlham Əliyev beynəlxalq təşkilatlarda Çadın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsini və Qarabağın işğaldan azad edilməsini alqışlamasını yüksək qiymətləndirdi. Dövlətimizin başçısı işğal dövründə Ermənistan tərəfindən torpaqlarımızda maddi-mədəniyyət abidələrimizin, İslam dininə aid mədəni irsimizin, 65 məscidimizin yerlə-yeksan olunduğunu qeyd etdi.

Azərbaycan Prezidenti siyasi əlaqələrimizin yaxşı səviyyəsi nəzərə alınaraq, iqtisadi-ticari əməkdaşlığın da müsbət nəticələr verəcəyinə əminliyini ifadə etdi.

Dövlətimizin başçısı Çadın nümayəndəsi - İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hissein Brahim Tahanın Azərbaycana səfərini, eyni zamanda, işğaldan azad edilmiş Şuşada olmasını və bu yaxınlarda onunla Konyada İslam Həmrəyliyi Oyunları çərçivəsində görüşünü məmnunluqla xatırladı.

Adum Danqay Nokur Qet səfir kimi fəaliyyətində əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi. Səfir dedi: “Siz İslam ümmətində öz müdrik rəhbərliyinizlə seçilən bir şəxsiniz və həmçinin bu ümmətə aid olan bütün ölkələr, qardaşlıq telləri ilə bir-birinə bağlı olan dövlətlər arasında əməkdaşlığın genişləndirilməsində, işbirliyinin daha da möhkəm bünövrə əsasında qurulmasında öz yanaşmanızla seçilən bir insansınız”.

Səfir Adum Danqay Nokur Qet Azərbaycanın Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Afrika ölkələrində həyata keçirdiyi humanitar xarakterli layihələrin böyük önəm daşıdığını vurğuladı və bunu yüksək qiymətləndirdi. Diplomat bu təşkilatların üzv ölkələrindən olan tələbələrin Azərbaycanda təhsil almaları üçün ölkəmiz tərəfindən qrantların ayrılmasını xüsusi vurğuladı.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
14:44
“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının...

10 yanvar 2025, 14:44
SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
14:40
“Rəqəmsal ekologiya” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Rəqəmsal ekologiya” informasiya sistemi yaradılsın.

2. “Rəqəmsal ekologiya” informasiya sistemi haqqında Əsasnamə” təsdiq...

10 yanvar 2025, 14:40
SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
13:16
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (bundan sonra – Agentlik) vəsaitindən istifadə mexanizmini...

10 yanvar 2025, 13:16