Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:
“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 753; 2018, № 12 (I kitab), maddə 2519; 2019, № 1, maddə 25, № 8, maddə 1382; 2020, № 4, maddə 392) 4.2.3-cü maddəsində “14-cü” sözləri “9-1.1-ci” sözləri ilə, “sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı” sözləri “sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə, “həmin orqanın” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə əvəz edilsin və həmin maddəyə “borcların” sözündən sonra “, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyul 2022-ci il