13:09

Sentyabrın 1-də Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının Sədri Mario Draqi ilə təkbətək görüşü olub.
Əvvəlcə Prezident İlham Əliyevin qarşılanma mərasimi oldu.
Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İtaliya Nazirlər Şurasının Sədri Mario Draqi Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının Sədri Mario Draqi fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
İtaliyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri İtaliya Nazirlər Şurasının Sədrinə təqdim olundu.
Sonra dövlətimizin başçısı İlham Əliyev və İtaliya Nazirlər Şurasının Sədri Mario Draqi birgə foto çəkdirdilər.
Görüşdə Prezident İlham Əliyev İtaliyaya 2020-ci ildəki dövlət səfərini, bundan əvvəlki rəsmi və işgüzar səfərlərini xatırlatdı.
Söhbət zamanı ölkələrimiz arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olundu, əlaqələrimizin strateji tərəfdaşlıq zəminində inkişafı qeyd edildi.
Nazirlər Şurasının Sədri Mario Draqi bu səfərin ölkələrimizin ikitərəfli münasibətlərinin inkişafına töhfə verəcəyini bildirdi, İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq səviyyəsində çox yaxşı əlaqələrin qurulduğunu və qarşılıqlı ticarət dövriyyəsinin davamlı surətdə artdığını, enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğuladı.
Görüşdə Azərbaycanın Avropa İttifaqının və İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu xüsusi qeyd edildi. Eləcə də ölkələrimiz arasında iqtisadiyyat, elm, təhsil, mədəniyyət, incəsənət və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu. Həmçinin İtaliya şirkətlərinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-yenidənqurma işlərində fəal iştirak etdiyi vurğulandı.
Söhbət zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri və səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyəti qeyd olundu.
Görüşdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi və təşkilatçılığı ilə aparılan Brüssel sülh gündəliyinin və bu xüsusda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara başlanılmasının əhəmiyyəti vurğulandı, bu prosesin regionda davamlı sülhün və təhlükəsizliyin gücləndirilməsinə töhfə verəcəyinə ümidvarlıq ifadə olundu.
Söhbət zamanı qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:
1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...
21 aprel 2025, 16:40Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakı şəhəri...
21 aprel 2025, 16:38