K.Gülüşovdan, Saatlı, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizin Macarıstanda həbsdə olan zabitimiz Ramil Səfərov barədə imzaladığınız Sərəncam, digər soydaşlarımızla bağlı verdiyiniz qərarlar və atdığınız addımlar Saatlı rayon mədəniyyət işçilərinin hədsiz sevincinə səbəb olmuşdur. Azərbaycan millətini, bayrağını və şəhidlərini təhqir edən erməni dığasını öldürən Ramil Səfərovun ömürlük həbs cəzasına məhkum edilməsi hər bir vətənpərvər Azərbaycan vətəndaşının qəlbini ağrıdırdı. Hamı Ramil Səfərovun azadlığa buraxılması üçün yalnız ulu Tanrıdan və Sizdən -hörmətli Prezidentimizdən kömək gözləyirdi.
Bu Sərəncam ilə Siz bir daha özünüzün nə qədər humanist, genişqəlbli şəxsiyyət, alicənab və xeyirxah insan olduğunuzu sübut etdiniz. Azərbaycan xalqının rifahı və xoşbəxtliyi naminə Sizə cansağlığı, xoşbəxtlik arzu edirik.
Ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycan Respublikasının çiçəklənməsi naminə başladığı və Sizin tərəfinizdən uğurla davam etdirilən işlərdə Sizə müvəffəqiyyətlər arzu edirik.
Hörmətlə,
Saatlı rayon “Bülbül” adına musiqi məktəbinin pedaqoji kollektivi adından məktəbin direktoru K.Gülüşov.
Azərbaycan Respublikası, Saatlı rayonu.