13:09

Oktyabrın 1-də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstanın paytaxtı Sofiyada Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke ilə görüşüb.
Görüşdə dövlətimizin başçısı Azərbaycanla Rumıniya arasında münasibətlərin strateji tərəfdaşlıq əsasında inkişaf etdiyini xüsusi vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin, geniş əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib.
Baş nazir Nikolae-Yonel Çuke Azərbaycanla Rumıniya arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində inkişafından məmnunluğunu ifadə edib. Baş nazir müxtəlif sahələrdə geniş gündəlik əsasında əlaqələrin daha da inkişafı üçün böyük imkanların olduğunu bildirib. Eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu xüsusilə qeyd edib.
Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması və bundan irəli gələn məsələlərin icrası baxımından ölkəmizin xüsusi rolu diqqətə çatdırılıb. Eyni zamanda, Azərbaycanla Rumıniya arasında kənd təsərrüfatı, neft-kimya, energetika, o cümlədən elektrik enerjisinin ixracı, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.
Görüşdə, həmçinin ikitərəfli gündəlikdə duran və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüş zamanı toxunulan məsələlər üzrə müzakirələrin davam etdirilməsi üçün aidiyyəti dövlət orqanlarına müvafiq tapşırıqlar verilib.
Rumıniyanın Baş naziri dövlətimizin başçısını ölkəsinə rəsmi səfərə dəvət edib. Öz növbəsində Prezident İlham Əliyev Rumıniyanın Baş nazirini Azərbaycana səfərə dəvət edib.
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:
1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...
21 aprel 2025, 16:40Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakı şəhəri...
21 aprel 2025, 16:38