06 sentyabr 2012, 13:20

Vaqif Məmişovdan, Sankt-Peterburq, Rusiya Federasiyası

Hörmətli cənab Prezident!

İcazə verin, Azərbaycan Respublikasının vətəndaşı və zabiti Ramil Səfərovun Vətənə qayıtması və əfv olunması üçün çəkdiyiniz böyük zəhmətə görə Sizə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayan bütün azərbaycanlılar adından dərin minnətdarlığımı və təşəkkürümü bildirim. Bu presedent, yaşadığı yerdən asılı olmayaraq, hər bir azərbaycanlının qəlbində iftixar hissi oyadır. Səfərovun azad edilməsi vətənpərvərlərimizə olan diqqətdən xəbər verir.

Azərbaycan mərd oğullarını həmişə müdafiə etmiş, öz diqqət və qayğısı ilə əhatə etmişdir. Arzu edirəm ki, Siz həmişə Azərbaycan xalqının rəhbəri olasınız. Sizə uzun ömür və cansağlığı arzulayıram. Allah Sizi, xalqımızı qorusun! Biz Sizinlə fəxr edir, Sizin üçün dua edirik! Siz türk dünyasının sərkərdəsi, dahi lider Heydər Əliyevin yetirməsisiniz. Cənab Prezident, Sankt-Peterburqda yaşayan azərbaycanlılar öz Prezidentlərini həmişə dəstəkləmişlər və dəstəkləyəcəklər.

Dərin hörmətlə,

Vaqif İmam oğlu Məmişov, Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti Şurasının sədri.
Rusiya Federasiyası, Sankt-Peterburq şəhəri.