06 sentyabr 2012, 13:55

Ceyhun Abdullayevdən, Qubadlı (Sumqayıt), Azərbaycan

Möhtərəm cənab Prezident,

Dövlət bayrağımızı təhqir edən erməni zabitini layiqli cəzasına çatdıran Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun azadlığa çıxarılması üçün gördüyünüz tədbirlər torpaqlarımızın müdafiəsi uğrunda 238 şəhid vermiş Qubadlı camaatının da ürəyincədir.
Mən və rayonumuzdan olan bütün şəhid övladları Ramil Səfərova göstərdiyiniz böyük qayğını bütün şəhid ailələrinə, yurd-yuvalarından Ermənistanın işğalçı siyasəti nəticəsində didərgin düşmüş insanlara göstərilən qayğı kimi minnətdarlıq hissi ilə qarşılayırıq.

İnanırıq ki, sizin rəhbərliyinizlə işğalçı Ermənistan öz layiqli cavabını alacaq, məcburi köçkün soydaşlarımızın Vətən həsrətinə son qoyulacaqdır.

Hörmətlə,

Ceyhun Abdullayev, Qubadlı rayonundan olan şəhid övladı

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.