İlham Əliyev BMT-nin Cenevrədəki bölməsinin baş direktorunu qəbul edib

27 oktyabr 2022, 11:10
İlham Əliyev BMT-nin Cenevrədəki bölməsinin baş direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovayanı qəbul edib.

Görüşdə Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə əlaqədar 2030-cu ilə qədər qarşıya qoyulmuş hədəflərə nail olacağına əminlik ifadə edildi və bu istiqamətdə əldə olunan nailiyyətlər xüsusi vurğulandı. Ölkəmizin BMT-nin Cenevrə bölməsi yanındakı strukturları və ixtisaslaşmış təşkilatları ilə əməkdaşlığı qeyd olundu. Bundan əlavə, Azərbaycanın BMT-nin ixtisaslaşmış təşkilatlarına verdiyi könüllü maliyyə töhfələri, həmçinin donor təşəbbüslərini dəstəkləməsi məsələləri vurğulandı. COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə Hərəkatın 80-dən çox üzv ölkəsinə göstərdiyi humanitar və maliyyə yardımı nümunəvi hal kimi qiymətləndirildi.

Tatyana Valovaya BMT-nin Cenevrədəki bölməsinin rəhbərinin və Heydər Əliyev Fondunun birgə təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan qadınlarına həsr olunmuş fotosərginin əhəmiyyətinə toxundu. Bildirildi ki, sərgi Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə vermiş Azərbaycan qadınlarını təşviq edir və ilk olaraq Bakıda təşkil edilən bu tədbir mütəmadi şəkildə digər ölkələrdə də keçiriləcək.

SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
14:44
“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının...

10 yanvar 2025, 14:44
SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
14:40
“Rəqəmsal ekologiya” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Rəqəmsal ekologiya” informasiya sistemi yaradılsın.

2. “Rəqəmsal ekologiya” informasiya sistemi haqqında Əsasnamə” təsdiq...

10 yanvar 2025, 14:40
SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
13:16
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (bundan sonra – Agentlik) vəsaitindən istifadə mexanizmini...

10 yanvar 2025, 13:16
SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
13:14
“Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 iyun tarixli 742 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən...

10 yanvar 2025, 13:14