Azər Məmmədovdan, Saatlı, Azərbaycan
Hörmətli cənab Prezident!
Milli Ordumuzun zabiti Ramil Səfərovun Azərbaycana gətirilməsinə və əfv edilməsi barədə imzaladığınız Sərəncama görə Sizə dərin minnətdarlığımızı bildiririk. Biz bu günü 8 ildən çox idi ki, gözləyirdik. Allaha şükürlər ki, bu gün bizə nəsib oldu. Bu sevincli anları Allahın izni ilə Siz bizə nəsib etdiniz. Əminəm ki, Ramil barədə qərarınız ordumuzun döyüş ruhunu qat-qat yüksəltmişdir. Elə erməni cəlladlarını qorxuya salan da ordumuzdakı ruh yüksəkliyi, Ali Baş Komandanımızın cəsarəti və qətiyyətidir. Bu cəsarət, bu qətiyyət üçrəngli bayrağımızı tezliklə Xankəndidə, Şuşada dalğalandıracaqdır. Bu günü səbirsizliklə gözləyir, Sizə böyük Qələbəmiz naminə işlərinizdə uğurlar, möhkəm cansağlığı arzulayırıq.
Hörmətlə,
Azər Nurəddin oğlu Məmmədov
Azərbaycan Respublikası, Saatlı şəhəri, M.Kərimov küçəsi, ev 14.