18:46
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycanın sərnişin təyyarəsinin qəzaya uğraması və nəticədə insanların həlak olmaları ilə bağlı xəbəri dərin kədər hissi ilə...
10 yanvar 2025, 18:46Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Kabinet işləri naziri Məhəmməd bin Abdullah Əl Qərqavini qəbul edib.
Məhəmməd bin Abdullah Əl Qərqavi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın və vitse-prezident Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun salamlarını və xoş sözlərini dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara və xoş sözlərə görə minnətdarlığını bildirdi, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə və vitse-prezidentinə çatdırmağı xahiş etdi.
Söhbət zamanı iki ölkənin liderləri arasında səmimi dostluq münasibətlərinin olmasının əlaqələrimizin inkişafında mühüm əhəmiyyət kəsb etdiyi vurğulandı.
Məhəmməd bin Abdullah Əl Qərqavi Bakının gözəlliyinə və təmizliyinə heyran olduğunu bildirdi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin dost və qardaş ölkə olaraq BƏƏ-ni sevindirdiyini diqqətə çatdırdı. Qonaq ölkələrimizin aidiyyəti nazirlikləri və dövlət təşkilatları arasında da yaxın əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğuladı.
Azərbaycana səfəri çərçivəsində “ASAN xidmət” mərkəzi ilə tanışlığını, bu konsepsiyanı böyük maraqla qarşıladığını, burada vətəndaşlara çox səmərəli və operativ xidmət göstərildiyinin şahidi olduğunu deyən Məhəmməd bin Abdullah Əl Qərqavi vətəndaş məmnunluğu prinsipi əsasında fəaliyyət göstərən “ASAN xidmət”in Azərbaycan Prezidentinin uzaqgörən və mükəmməl təşəbbüslərindən biri olduğunu məmnunluqla qeyd etdi, bu sahədə əməkdaşlığın vacibliyini bildirdi.
Birləşmiş Ərəb Əmirliklərinin əldə etdiyi nailiyyətlərin də dost və qardaş ölkə olaraq Azərbaycanı sevindirdiyini diqqətə çatdıran dövlətimizin başçısı BƏƏ rəhbərliyi ilə dostluq münasibətlərini qeyd etdi və ölkələrimiz arasında əməkdaşlığın əhəmiyyətini vurğuladı. İkitərəfli əlaqələrimizin çox yaxşı səviyyəsindən çıxış edərək bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirildiyini deyən dövlətimizin başçısı bu xüsusda BƏƏ-nin aparıcı şirkətlərindən olan “Masdar”ın Azərbaycanda investisiya qoyuluşu layihəsini qeyd etdi.
Prezident İlham Əliyev işğal dövründə ərazilərimizdə Ermənistanın törətdiyi dağıntılardan danışdı, hazırda Azərbaycanın həmin ərazilərdə ən müasir şəhərsalma konsepsiyası tətbiq olunmaqla həyata keçirdiyi bərpa-quruculuq işləri barədə məlumat verdi.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycanın sərnişin təyyarəsinin qəzaya uğraması və nəticədə insanların həlak olmaları ilə bağlı xəbəri dərin kədər hissi ilə...
10 yanvar 2025, 18:46Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
“Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması nəticəsində çox sayda insanın həyatını itirməsi barədə...
10 yanvar 2025, 18:33Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
“Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan zaman faciəvi şəkildə qəzaya uğraması və...
10 yanvar 2025, 17:56Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 10 yanvar tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Milli Məkan Məlumatları” informasiya sisteminin (bundan sonra – Sistem) fəaliyyətinin hüquqi, təşkilati...
10 yanvar 2025, 14:46Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının...
10 yanvar 2025, 14:44Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 10 yanvar tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Rəqəmsal ekologiya” informasiya sisteminin (bundan sonra – REİS) fəaliyyətinin hüquqi, təşkilati və...
10 yanvar 2025, 14:42Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Rəqəmsal ekologiya” informasiya sistemi yaradılsın.
2. “Rəqəmsal ekologiya” informasiya sistemi haqqında Əsasnamə” təsdiq...
10 yanvar 2025, 14:40Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Kraliça Matilde ilə birlikdə Sizə və Azərbaycan xalqına Aktau şəhəri yaxınlığında baş...
10 yanvar 2025, 13:441. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (bundan sonra – Agentlik) vəsaitindən istifadə mexanizmini...
10 yanvar 2025, 13:16Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən...
10 yanvar 2025, 13:14