İlham Əliyev Türkmənistanın Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

29 noyabr 2022, 10:50
İlham Əliyev Türkmənistanın Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Türkmənistanın Baş nazirinin ticarət kompleksi üzrə müavini Batır Atdayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Batır Atdayev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun salamlarını və ehtiramını Prezident İlham Əliyevə çatdırdı. O qeyd etdi ki, Azərbaycan Prezidentinin bu ilin iyununda Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana səfərinə ölkəsində böyük önəm verilir.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Sərdar Berdiməhəmmədova çatdırmağı xahiş etdi.

Görüşdə Azərbaycan-Türkmənistan ikitərəfli əlaqələrinin inkişafından məmnunluq bildirildi, ölkələrimiz arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın bu gün Bakıda keçiriləcək iclasında müzakirə ediləcək məsələlər qeyd olundu, energetika, nəqliyyat, logistika, malların qarşılıqlı təchizatı məsələləri barəsində fikir mübadiləsi aparıldı.

Söhbət zamanı Azərbaycan ilə Türkmənistan arasında ticarət dövriyyəsinin artdığı qeyd edildi, qarşıdakı dövrdə bu dövriyyənin daha da genişlənməsi üçün birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulandı. Eyni zamanda, gəmiqayırma, gəmi təmiri və digər sənaye sahələrində əməkdaşlıq imkanları müzakirə edildi.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
14:44
“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının...

10 yanvar 2025, 14:44
SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
14:40
“Rəqəmsal ekologiya” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Rəqəmsal ekologiya” informasiya sistemi yaradılsın.

2. “Rəqəmsal ekologiya” informasiya sistemi haqqında Əsasnamə” təsdiq...

10 yanvar 2025, 14:40
SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
13:16
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (bundan sonra – Agentlik) vəsaitindən istifadə mexanizmini...

10 yanvar 2025, 13:16
SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
13:14
“Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 iyun tarixli 742 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən...

10 yanvar 2025, 13:14