Nizami Kərimovdan, Ağsu, Azərbaycan
Zati-aliləri, cənab Prezident!
Ağsu rayon Padar kəndinin ağsaqqalları Ramil Səfərovun əfv olunması barədə Sərəncamınızı böyük sevinc hissi ilə qarşılamışlar. Siz həqiqətən çox böyük iş gördünüz. Ramil Səfərov ömürlük azadlıqdan məhrum olunmağa layiq övlad deyildir. O, həyatını təhlükədə qoyaraq Azərbaycanın, xalqımızın şərəfini, ləyaqətini qorumuşdur. Siz bu mərd insanı yenidən Azərbaycana bəxş etdiniz. Biz Sizin daxili və xarici siyasətinizi dəstəkləyir, həmişə Sizinlə bərabər olduğumuzu bəyan edirik.
Biz Sizə inanır və güvənirik. Siz də bizə inana və güvənə bilərsiniz. Bu birlik ölkəmizi daha da inkişaf etdirəcək. Əminik ki, Sizin başçılığınızla Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edəcək, bayrağımızı Şuşada dalğalandıracaqdır. Qadir Allah bu günü bizə tez nəsib etsin. Amin!
Hörmətlə,
Kərimov Nizami Nazim oğlu.
Azərbaycan Respublikası, Ağsu rayonu, Padar kəndi.