16:38

Azərbaycan Respublikasının Prezidenti, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Sizə şəxsən öz adımdan və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunları olan çoxsaylı dostlarınız adından möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Respublikasının rifahı naminə fəaliyyətinizdə daim sədaqətli dostlar və məsləkdaşlar arzu edirəm. Qoy Sizin hər bir təşəbbüsünüz uğurlu olsun.
Dərin hörmətlə,
Anatoli Torkunov
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru,
Rusiya Elmlər Akademiyasının akademiki
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57