16:38

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
İcazə verin, doğum gününüz münasibətilə Sizi təbrik edim.
Sizə möhkəm cansağlığı arzu edirəm, çünki yalnız möhkəm cansağlığı olduqda qarşıya qoyduğunuz qlobal məqsədlərə nail olmaq və Azərbaycanın qarşısında duran strateji vəzifələri yerinə yetirmək olar.
Sizə fədakar fəaliyyətinizdə uğurlar arzu edirəm. Qarabağın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsində qazanılmış Qələbə işıqlı gələcəyə doğru çox mühüm, lakin birinci addımdır. Müharibədən sonrakı dağıntıların, işğaldan azad edilmiş ərazilərdə dağıdılmış infrastrukturun bərpası Sizin bütün istedadınızın, imkanlarınızın və titanik əməyinizin səfərbər olunmasını tələb edən meqavəzifədir.
Sizə və ailənizə firavanlıq, xoş əhval-ruhiyyə arzu edirəm.
Dərin hörmətlə Sizin,
Məmməd Əliyev
Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki,
“Dostluq”, “Şöhrət” ordenləri, Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu ilə təltif edilmiş,
Rusiya Federasiyasının dövlət mükafatı laureatı, Rusiya Hökumətinin mükafatı laureatı,
Rusiyanın Əməkdar elm xadimi
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57