16:38

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyası, Beynəlxalq Rusiyalı Həmvətənlər Şurası, Rusiya Vəkillər Gildiyası, Rusiya Vəkillik və Notariat Akademiyası, “Moskva Hüquq Mərkəzi” Vəkillər Kollegiyası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Sizin yüksək vətənpərvərliyiniz, fəal həyat mövqeyiniz, ali dövləti vəzifənizi layiqincə yerinə yetirməyiniz Vətənə sədaqətlə xidmət nümunəsidir.
Sizin müdrik rəhbərliyinizlə Azərbaycan çox mürəkkəb geosiyasi şəraitdə genişmiqyaslı siyasi, iqtisadi islahatlar və dəyişikliklər, əhalinin sosial rifahının yüksəldilməsi yolu ilə inamla irəliləyir, aktual beynəlxalq və regional problemlərin həllində fəal iştirak edir. Siz Heydər Əlirza oğlu Əliyevin müstəqil Azərbaycan Respublikasında başladığı islahatlar yolunu layiqincə davam etdirirsiniz. Sizin müdrik siyasətiniz sayəsində Azərbaycan ilə Rusiya arasında iqtisadi, mədəni, siyasi əlaqələr günbəgün genişlənir və möhkəmlənir. Mən bir azərbaycanlı kimi tarixi Vətənimlə fəxr edir, onu yüksək dəyərləndirirəm. Bakıda çoxsaylı beynəlxalq tədbirlərin keçirilməsi də Azərbaycan Respublikasının nailiyyətlərinin beynəlxalq aləmdə etirafının təsdiqidir.
Bu gün Siz ömür yolunuzun mühüm mərhələsindəsiniz – zəngin təcrübənizi müdriklik və həyat bilgiləri ilə ahəngdar şəkildə əlaqələndirirsiniz. Siz çox iş görmüsünüz və hələ çox planlarınız var. Qoy enerjiniz, gümrahlığınız və ruh yüksəkliyiniz Sizi heç zaman tərk etməsin. Sizə uzun ömür, cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar və Azərbaycan xalqının rifahı naminə yeni zəfərlər arzu edirəm.
Sizə, yaxınlarınıza, bütün Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
Həsən Mirzəyev
Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti,
Beynəlxalq Rusiyalı Həmvətənlər Şurasının sədri,
Rusiya Vəkillər Gildiyasının prezidenti,
Rusiya Federasiyasının Əməkdar hüquqşünası,
hüquq elmləri doktoru, professor, Rusiyanın fəxri ədliyyə işçisi
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57