07 sentyabr 2012, 16:00

Rauf Zeynidən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Macarıstanda dövlət bayrağımızı təhqir etdiyinə görə işğalçı Ermənistanın zabitini öldürmüş və ömürlük həbs cəzasına məhkum edilmiş zabitimiz Ramil Səfərovun geri qaytarılması, Sizin Sərəncamınızla əfv olunması, Müdafiə Nazirliyi tərəfindən ona mayor rütbəsi verilməsi, eləcə də mənzillə təmin olunması, yenidən Azərbaycan Respublikasının ordusu sıralarında hərbi xidmətini davam etdirməsinə şərait yaradılması ölkə ictimaiyyəti tərəfindən hədsiz rəğbət və məmnunluq hissi ilə qarşılanmışdır. Ramil Səfərovun geri qaytarılması Ermənistanı və bütövlükdə ermənipərəst qüvvələri narahat etmiş və təşvişə salmışdır. Azərbaycan ictimaiyyəti inanır ki, Sizin kimi müdrik, mütərəqqi Prezidenti və qəhrəman oğulları olan Azərbaycan xalqı işğal edilmiş torpaqlarını azad edəcəkdir.

Hörmətli cənab Prezident!

Ramil Səfərovun geri qaytarılması müstəqil Azərbaycan Respublikasının tarixinə qızıl hərflərlə yazılmış bir hadisə oldu. Bu münasibətlə Sizi, ölkəmizin birinci xanımı Mehriban Əliyevanı və bütün Azərbaycan ictimaiyyətini səmimi qəlbdən təbrik edir və gələcəkdə də bu cür tarixi qələbələrin əldə olunmasında Sizə sıralarında 600-dək QHT-ni birləşdirən Azərbaycan Milli QHT Forumu (MQF) adından və şəxsən öz adımdan uğurlar arzulayıram.

Hörmətlə,

MQF-nin prezidenti Rauf Zeyni.

Azərbaycan Respublikası, Bakı şəhəri.