08 sentyabr 2012, 15:40
Nizami Məmmədovdan, Ağdaş, Azərbaycan
Çox hörmətli Prezidentimiz!
Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətini uca tutduğunuza görə Sizə çox minnətdarıq. Biz Ramilin məsələsində bunun bir daha şahidi olduq. Siz elə bir cəsarətli addım atmısınız ki, bunu heç nə ilə müqayisə etmək olmaz. Siz bizim intizarımıza son qoymusunuz. İndi Ramil öz Vətənində, doğmalarının əhatəsindədir. Biz bir daha əmin olduq ki, Sizin Prezidenti olduğunuz dövlət vətəndaşının haqqını, hüquqlarını qoruyur. Azərbaycan dövləti inkişaf edir, inkişaf olan yerdə isə rifah vardır. Bütün bunlar üçün, cənab Prezident, Sizə minnətdarıq. Sadə kənd adamının bu minnətdarlığını qəbul etməyinizi xahiş edirəm.
Dərin hörmətlə,
Məmmədov Nizami Allahverdi oğlu.
Azərbaycan Respublikası, Ağdaş rayonu, Qolqəti kəndi.