Ariz Əliyevdən, Siyəzən, Azərbaycan
Hörmətli Prezident, Ali Baş Komandan!
Macarıstanda məhkum edilmiş azərbaycanlı zabit Ramil Səfərovu ölkəmizə qaytardığınıza və əfv etdiyinizə görə Sizə ürək dolusu “Sağ olun!” deyirik. Hələ Ramilin məhkəməsi gedən zaman onun vəkillərinin vəsatətləri nəzərə alınmamışdı. Əlbəttə bu işdə mənfur erməni lobbisinin böyük rolu var idi. Elimizin qeyrətli oğluna ömürlük həbs cəzası kəsiləndə çox məyus olmuşduq. Ramilin ekstradisiyası üçün Siz çox çalışdınız və şükür Allaha ki, məqsədinizə nail oldunuz. İndi Ramil bütün hüquqları bərpa olunmuş azad Azərbaycan zabitidir. Bütün bunlara görə Sizə təşəkkür edirik. Azərbaycan gənci olaraq Ali Baş Komandanımızın əmri ilə torpaqlarımızı işğaldan azad etmək uğrunda mübarizəyə həmişə hazıram. Sizə Azərbaycanımızın inkişafı naminə fəaliyyətinizdə gördüyünüz işlərdə uğurlar arzulayıram.
Hörmətlə,
Əliyev Ariz Əliağa oğlu.
Azərbaycan Respublikası, Siyəzən şəhəri.