“Lotereyalar haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, “Ovçuluq haqqında”, “Fövqəladə vəziyyət haqqında”, “Mühasibat uçotu haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında”, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

08 aprel 2023, 12:57

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci, 8-ci, 10-cu, 11-ci, 13-cü, 20-ci və 27-ci bəndlərini rəhbər tutaraq, “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 309; 2009, № 7, maddə 517; 2016, № 3, maddə 422; 2017, № 2, maddə 144; 2018, № 2, maddə 154, № 12 (I kitab), maddə 2469; 2019, № 1, maddə 33; 2021, № 12, maddə 1333; 2022, № 6, maddə 592; Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 707-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.7-ci, 4.11-ci maddələrdə, 9.6-cı maddənin birinci cümləsində, 10.1.2 – 10.1.4-cü maddələrdə ismin müvafiq hallarında “kütləvi informasiya vasitələri” sözləri ismin müvafiq hallarında “media” sözü ilə əvəz edilsin;

1.2. 8-1.4-cü maddənin birinci cümləsində “kütləvi informasiya, nəqliyyat vasitələrində” sözləri “nəqliyyat vasitələrində, mediada” sözləri ilə əvəz edilsin.

Maddə 2. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 310; 2008, № 6, maddə 464; 2016, № 12, maddə 2013; 2019, № 1, maddə 36; Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 740-VIQD nömrəli Qanunu) 19.2-ci maddəsində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.

Maddə 3. “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 316; 2005, № 4, maddə 272; 2008, № 6, maddə 460; 2014, № 11, maddə 1355; 2015, № 4, maddə 362; 2020, № 5, maddə 512; 2021, № 12, maddə 1315) 16.1-ci maddəsində “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin.

Maddə 4. “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 513; 2006, № 2, maddə 64; 2007, № 6, maddə 560; 2019, № 6, maddə 1003) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 4.2-ci maddədə “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin;

4.2. 8.0.12-ci maddədə “mətbuatın və digər kütləvi informasiya vasitələrinin” sözləri “media subyektlərinin” sözləri ilə əvəz edilsin;

4.3. 13.2.8-ci maddədə “kütləvi informasiya” sözləri “media” sözü ilə əvəz edilsin.

Maddə 5. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 605; 2008, № 12, maddə 1049; 2010, № 4, maddələr 265, 276; 2012, № 6, maddələr 512, 529; 2013, № 1, maddə 18; 2015, № 7, maddə 819; 2016, № 10, maddələr 1601, 1609, № 11, maddə 1754; 2017, № 3, maddə 333; 2018, № 6, maddə 1179; 2019, № 1, maddə 28, № 4, maddə 599, № 5, maddə 797, № 8, maddə 1365; 2021, № 1, maddə 6, № 12, maddə 1298) 14.6-cı maddəsinin üçüncü cümləsində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.

Maddə 6. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 601; 2006, № 2, maddə 64, № 3, maddə 221; 2007, № 11, maddə 1078; 2008, № 8, maddə 710; 2010, № 3, maddə 172; 2014, № 7, maddə 763; 2019, № 5, maddələr 805, 811; 2022, № 1, maddə 3) 4.6-cı maddəsində “kütləvi informasiya vasitələrinin” sözləri “media subyektlərinin” sözləri ilə əvəz edilsin.

Maddə 7. “Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 885; 2006, № 12, maddə 1005; 2008, № 6, maddə 462, № 12, maddə 1047; 2009, № 12, maddə 971; 2013, № 6, maddə 593; 2018, № 6, maddə 1176) 1.0.10-cu maddəsinin ikinci cümləsində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.

Maddə 8. “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 60) 6.1.3-cü maddəsində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.

Maddə 9. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 984; 2005, № 11, maddə 1004; 2007, № 6, maddə 562, № 10, maddə 938, № 12, maddə 1196; 2009, № 6, maddə 404, № 7, maddələr 507, 517; 2010, № 10, maddə 839; 2011, № 7, maddə 612; 2014, № 11, maddə 1371; 2015, № 6, maddə 684, № 11, maddə 1296; 2016, № 3, maddə 405, № 11, maddə 1771; 2017, № 5, maddə 740, № 7, maddələr 1302, 1309, № 11, maddələr 1951, 1958; 2019, № 4, maddə 599, № 7, maddə 1180, № 8, maddə 1365) 28.1-ci, 39.2-ci, 43-cü və 64.4-cü maddələrində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.

Maddə 10. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 8, № 8, maddə 686; 2006, № 1, maddə 4; 2007, № 4, maddə 321; 2010, № 7, maddə 596; 2011, № 2, maddə 71, № 6, maddə 484; 2012, № 12, maddə 1228; 2013, № 12, maddə 1467; 2014, № 7, maddə 783; 2015, № 2, maddə 99, № 4, maddə 347, № 11, maddə 1287; 2016, № 12, maddə 2032; 2017, № 6, maddə 1044, № 12 (I kitab), maddə 2188; 2018, № 7 (I kitab), maddə 1443; 2019, № 12, maddə 1902; 2020, № 7, maddə 845; 2021, № 5, maddə 430, № 7, maddə 711) 12.0.25-ci maddəsində “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 fevral 2023-cü il

SƏNƏDLƏR Fərmanlar 03 fevral 2025
15:48
“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 2009-cu il 24 iyun tarixli 116 nömrəli, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 20 fevral tarixli 111 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2015-ci il 4 may tarixli 516 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 28 aprel tarixli 888 nömrəli və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikası İqtisadiyyat...

03 fevral 2025, 15:48
SƏNƏDLƏR Fərmanlar 03 fevral 2025
15:46
“Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun qüvvəyə minməsi...

03 fevral 2025, 15:46
SƏNƏDLƏR Fərmanlar 03 fevral 2025
15:42
“Qaz təchizatı haqqında”, “Dövlət rüsumu haqqında”, “İxrac nəzarəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”, “Elektroenergetika haqqında” və “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 121-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Qaz təchizatı haqqında”, “Dövlət rüsumu haqqında”, “İxrac nəzarəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə...

03 fevral 2025, 15:42
SƏNƏDLƏR Qanunlar 03 fevral 2025
15:40
“Qaz təchizatı haqqında”, “Dövlət rüsumu haqqında”, “İxrac nəzarəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”, “Elektroenergetika haqqında” və “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan...

03 fevral 2025, 15:40