“Dövlət qulluğu haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

06 may 2023, 18:26

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci və 19-cu bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1, № 3, maddə 131; 2002, № 12, maddə 693; 2003, № 1, maddə 16; 2004, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; 2007, № 2, maddə 83, № 5, maddələr 434, 436, № 7, maddə 711, № 10, maddə 934, № 11, maddələr 1049, 1074, 1078, № 12, maddələr 1213, 1219; 2008, № 3, maddə 153, № 5, maddələr 326, 341, № 6, maddələr 471, 481, № 7, maddə 602, № 8, maddə 699, № 10, maddə 881; 2009, № 2, maddə 54, № 5, maddə 311, № 6, maddə 403, № 10, maddə 771, № 11, maddə 878, № 12, maddə 964; 2010, № 4, maddə 276; 2011, № 2, maddə 71, № 3, maddə 165, № 6, maddə 463; 2012, № 5, maddə 413, № 10, maddə 945, № 11, maddə 1049; 2015, № 1, maddə 9, № 5, maddə 488, № 10, maddə 1100; 2016, № 8, maddə 1365, № 11, maddələr 1760, 1782, 1785; 2017, № 5, maddə 726, № 6, maddə 1054, № 7, maddə 1267, № 8, maddə 1513, № 11, maddə 1974, № 12 (I kitab), maddə 2192; 2018, № 2, maddələr 158, 159, № 3, maddə 392, № 5, maddələr 864, 880, № 6, maddə 1191, № 7 (I kitab), maddələr 1383, 1428; 2019, № 1, maddə 8; 2020, № 7, maddələr 828, 851, 856, № 11, maddə 1322, № 12 (I kitab), maddələr 1425, 1427; 2021, № 2, maddə 114, № 7, maddə 703, № 8, maddələr 898, 900, 902; 2022, № 1, maddə 6, № 12, maddə 1370; 2023, № 1, maddələr 13, 21; Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 825-VIQD nömrəli Qanunu) 8.1.4-cü maddəsindən “Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu,” sözləri çıxarılsın.

Maddə 2. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 452, № 12, maddə 731; 2002, № 12, maddə 706; 2005, № 10, maddə 902; 2006, № 11, maddə 927; 2007, № 1, maddələr 1, 4, № 2, maddə 82, № 6, maddə 570, № 8, maddə 756, № 11, maddələr 1078, 1081; 2008, № 3, maddə 155, № 4, maddə 250, № 8, maddə 696; 2009, № 6, maddə 399, № 11, maddələr 877, 878; 2010, № 3, maddə 171, № 11, maddə 944; 2011, № 2, maddə 71, № 11, maddə 988; 2012, № 11, maddə 1039; 2014, № 3, maddə 238; 2016, № 2 (I kitab), maddə 193, № 6, maddələr 982, 1018; 2017, № 12 (I kitab), maddə 2243; 2018, № 3, maddə 397, № 12 (I kitab), maddə 2473; 2020, № 7, maddə 828; 2021, № 5, maddə 433, № 8, maddə 902; 2022, № 12, maddə 1368) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 10.0-cı maddə üzrə:

2.1.1. 10.0.3-cü maddədən “Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru,” sözləri çıxarılsın;

2.1.2. 10.0.4-cü maddədən “Naxçıvan Muxtar Respublikası Hərbi prokurorunun müavini,” sözləri çıxarılsın;

2.1.3. 10.0.5-ci maddədən “Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun şöbə rəisləri, Naxçıvan Muxtar Respublikası Hərbi prokurorunun böyük köməkçiləri,” sözləri çıxarılsın;

2.1.4. 10.0.6-cı maddədən “Naxçıvan Muxtar Respublikası Hərbi prokurorunun köməkçiləri, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun şöbələrinin böyük prokurorları, mühüm işlər üzrə müstəntiqləri, prokuror-kriminalistləri,” sözləri çıxarılsın;

2.1.5. 10.0.7-ci maddədən “Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun şöbə prokurorları,” sözləri çıxarılsın;

2.1.6. 10.0.8-ci maddədən “, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun böyük müstəntiqləri,” sözləri çıxarılsın;

2.1.7. 10.0.9-cu maddədən “Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun müstəntiqləri,” sözləri çıxarılsın;

2.2. 24.2-ci və 27.2-ci maddələrdən “, Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroruna” sözləri çıxarılsın.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 aprel 2023-cü il 

SƏNƏDLƏR Sərəncamlar 23 dekabr 2024
17:46
Azərbaycan Respublikasında qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında rəqabətqabiliyyətli qeyri-filiz faydalı qazıntı yataqlarının istismara cəlb edilməsi üçün əlverişli mühit yaradılması...

23 dekabr 2024, 17:46