13:09

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, möhtərəm cənab Prezident!
Qəlbimizdə xüsusi yeri olan dost və qardaş ölkə can Azərbaycanın sevinci, xoşbəxtliyi, firavanlığı və əmin-amanlığı bizdə böyük qürur hissi doğurur. Güclü və qüdrətli Azərbaycanın Ulu Öndəri Heydər Əliyevin anadan olmasının 100 illiyi və bu ilin “Heydər Əliyev İli” elan edilməsi münasibətilə Zati-alinizə və əziz Azərbaycan xalqına dərin ehtiram və təbriklərimi çatdırmaq istəyirəm.
Möhtərəm Prezident, Qarabağı böyük Zəfərlə işğaldan azad etməyiniz hər şeydən əvvəl ona görə təqdirəlayiqdir ki, həmin müqəddəs torpaqların işğaldan azad olunmasını Ümummilli Lider Heydər Əliyev Sizə vəsiyyət etmişdi. Siz Ulu Öndərin vəsiyyətini yerinə yetirdiniz, yüksək liderlik keyfiyyətlərinizlə o müqəddəs torpaqları azad etdiniz, həm də can Azərbaycanı dünyanın parlayan ulduzuna çevirdiniz.
Monteneqronun müsəlman əhalisinin və digər millətlərin nümayəndələrinin Azərbaycanı sevdiyini və dəstəklədiyini bütün qəlbimlə bildirmək istərdim. Azərbaycan ilə Monteneqronun çox yaxşı diplomatik və gözəl dostluq münasibətlərindən qürur hissi duyuruq.
Allah dostluğumuzu və sevgimizi daimi etsin.
Yaşasın Azərbaycan!
Yaşasın Azərbaycan-Monteneqro dostluğu!
Ən dərin hörmət və ehtiramlarımla,
Rifat Fejziç
Monteneqronun İslam İcmasının sədri
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:
1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...
21 aprel 2025, 16:40Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakı şəhəri...
21 aprel 2025, 16:38