13:09

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Çox hörmətli İlham Heydər oğlu!
Azərbaycan xalqının dahi oğlu, dünya şöhrətli dövlət və siyasət xadimi, iki dəfə Sosialist Əməyi Qəhrəmanı, müdrik, hörmətli və alicənab lider, böyük insan, öz xalqının xoşbəxtliyi və rifahı uğrunda yorulmaz mübariz Heydər Əlirza oğlu Əliyevin anadan olmasının
100 ili tamam olub. İcazə verin, bu əlamətdar yubiley münasibətilə Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edim.
Siyasi müdrikliyi sayəsində hələ sağlığında canlı əfsanəyə çevrilən Heydər Əlirza oğlu Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinə nail olmaqla, öz xalqına demokratik və hüquqi dövlətdə yaşamaq imkanı hədiyyə etdi. O, öz xalqının xoşbəxt gələcəyi üçün bütün zəruri şəraiti yaradaraq, özündən sonra möhkəm təməl qoydu.
Fəxr edirəm ki, Heydər Əliyev kimi görkəmli, zəhmətsevər şəxsiyyətlə çiyin-çiyinə işləmək və fəaliyyət göstərmək mənə nəsib olub. Mən onunla görüşlərimi xüsusi səmimiyyətlə və hörmətlə xatırlayıram, sevinirəm ki, o, mənim üçün əsl müdrik müəllim və gözəl dost olub. Heydər Əliyevin çoxsaylı dövlət mükafatları və təltifləri arasında Moskva Universitetinin Fəxri professoru - bizim universitetin ali mükafatının olması təhsil ocağımızda çalışan insanlar üçün xüsusi fəxrdir.
Çox hörmətli İlham Heydər oğlu, biz aydın şəkildə görürük ki, böyük respublikanın bu günü və gələcəyi möhkəm və etibarlı əllərdədir. Siz öz atanızın işini şərəflə, ləyaqətlə davam etdirir və səylərinizi əsirgəməyərək ölkəni inkişaf və tərəqqiyə doğru aparırsınız.
Biz Heydər Əlirza oğlunu, onun açıqfikirliliyini, sevdiyi işə sədaqətini, səmimiyyəti və sonsuz fədakarlığını, gələcək nəsillərin bəhrəsini görəcəyi vicdanlı əməyini heç vaxt unutmayacağıq.
Dərin hörmətlə, Sizin
Viktor Sadovniçi
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:
1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...
21 aprel 2025, 16:40Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakı şəhəri...
21 aprel 2025, 16:38