Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi, ölkənizin hökumətini və xalqını Koreya Xalq Demokratik Respublikasının hökuməti və xalqı adından təbrik edirəm.
Fürsətdən istifadə edərək, əminliyimi bildirirəm ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da genişlənəcək və inkişaf edəcəkdir.
Sizə ölkənizin tərəqqisi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Kim Çen In
Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri