07 sentyabr 2012, 17:10

Təranə Abdullayevadan, Şəki, Azərbaycan

Çox hörmətli və sevimli Prezidentimiz!

Azərbaycan xalqının qəhrəman oğlu Ramil Səfərovu doğma torpağımıza qaytardığınız üçün Sizə təşəkkür edirəm. O, səkkiz il yarımdır ki, Azərbaycan bayrağının şərəfini qoruduğuna görə həbsdə yatırdı. Siz Ramil Səfərovu azad etməklə bütün Azərbaycan xalqını yenidən sevindirdiniz. Siz bütün Azərbaycan xalqının cavan, lakin yetkin və müdrik Prezidentisiniz. Azərbaycan xalqının dünəni, bu günü və sabahı naminə gördüyünüz işlərə, uzaqgörən siyasətinizə görə Sizə uğurlar arzulayıram.

Hörmətlə,

Abdullayeva Təranə Əli qızı,

Şəki şəhəri “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru.
Azərbaycan Respublikası, Şəki şəhəri.