07 sentyabr 2012, 15:06

İlham Əliyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Müqəddəs bayrağımızın şərəfini qorumuş Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Vətəninə gətirilməsi və əfv edilməsi ilə bağlı imzaladığınız Sərəncam Qarabağ döyüşlərində iştirak etmiş biz veteranların hədsiz sevincinə səbəb olmuşdur. Biz hər zaman vətənpərvər zabitimizin Vətənə qaytarılacağına və azad olunacağına ümid etmişik. Nəhayət ki, dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Ramil Səfərovun azad olunması istiqamətindəki səyləriniz nəticəsində zabitimiz Azərbaycana döndü və Sizin tərəfinizdən əfv olundu. Sizin böyük humanistlik göstərərək atdığınız bu addım hamımızda qürur və fəxarət hissi doğurur, hər birimizin vətənpərvərlik ruhunu daha da yüksəldir. Azərbaycan vətəndaşına, zabitinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz dərin təşəkkür və minnətdarlığımızı bildirir, bunu Azərbaycan xalqı qarşısında misilsiz xidmət kimi qiymətləndiririk.

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının üzvləri adından dərin hörmətlə,
Əliyev İlham Məhərrəm oğlu, təşkilatın sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.