19:42
PDF yükləyin
30 yanvar 2025, 19:42Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 903-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-2.1-ci və 7.4-cü maddələrinin ikinci cümlələrində, 13.5-ci, 13.6-cı, 13.7-ci (hər iki halda) maddələrində, 34.1-ci maddəsinin birinci və ikinci cümlələrində və 34.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 13.7-ci maddəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.3. həmin Qanunun 6-2.1-ci, 7.4-cü və 34.1-ci maddələrinin ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.4. həmin Qanunun 13.5-ci, 13.6-cı, 13.7-ci (birinci halda) maddələrində, 34.1-ci maddəsinin birinci cümləsində və 34.6-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.4-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, dövlət qulluqçusu olmayan yoxlayıcıların fəaliyyətinin qiymətləndirilməsi qaydalarını dörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. həmin Qanunun 34.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 903-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 87; 2015, № 8, maddə 910; 2016, № 8, maddə 1384; 2017, № 3, maddə 377, № 10, maddə 1778; 2018, № 10, maddə 2001; 2019, № 5, maddə 857; 2020, № 6, maddə 707; 2021, № 5, maddə 450; 2022, № 7, maddə 754, № 8, maddələr 844, 881; 2023, № 4, maddə 475) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 4-cü hissədə “sahibkarlıq fəaliyyəti subyekti” sözləri “sahibkar” sözü ilə əvəz edilsin;
3.2. həmin Fərmanla təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” üzrə:
3.2.1. 1.4-cü bənddə “sahibkarlıq fəaliyyəti subyektlərində” sözləri “yoxlama obyektlərində” sözləri ilə əvəz edilsin;
3.2.2. 1.5-2-ci bənddə və 2.4.2-ci yarımbənddə “sahibkarlıq subyektlərinin” sözləri “sahibkarların” sözü ilə əvəz edilsin;
3.2.3. 1.6-1-ci bəndin ikinci cümləsində “sahibkarlıq fəaliyyətinin subyekti” sözləri “sahibkar” sözü ilə əvəz edilsin;
3.2.4. 3.1-ci, 3.6-cı bəndlərdə, 5.1-ci bəndin birinci cümləsində və 5.3-cü bənddə ismin müvafiq hallarında “sahibkarlıq fəaliyyəti subyektləri” sözləri ismin müvafiq hallarında “sahibkarlar” sözü ilə əvəz edilsin;
3.2.5. 3.4.3-cü, 3.4.5-ci, 3.4.6-cı yarımbəndlərdə və 3.5-ci bənddə ismin müvafiq hallarında “sahibkarlıq subyekti” sözləri ismin müvafiq hallarında “sahibkar” sözü ilə əvəz edilsin;
3.2.6. 3.4.4-cü yarımbənddə, 4.5-ci bənddə, 4.6-cı bəndin ikinci cümləsində və 5.1.3-cü yarımbənddə ismin müvafiq hallarında “sahibkarlıq fəaliyyəti subyekti” sözləri ismin müvafiq hallarında “sahibkar” sözü ilə əvəz edilsin;
3.2.7. 3.4.8-ci və 5.1.6-cı yarımbəndlərdə “təsərrüfat obyektinin” sözləri “yoxlama obyektinin adı, təsviri,” sözləri ilə əvəz edilsin;
3.2.8. 4.9-cu bənddə “hər 3 aydan bir” sözləri “Qanunun 13.7-ci maddəsinə uyğun olaraq ildə iki dəfə (fevralın və avqustun 15-dək)” sözləri ilə, “sahibkarlıq subyektləri” sözləri isə “sahibkarlar” sözü ilə əvəz edilsin;
3.2.9. 4.10-cu bənddə “sahibkarlıq fəaliyyəti subyektləri” sözləri “sahibkarlar” sözü ilə, “sahibkarlıq fəaliyyəti subyektinin” sözləri isə “sahibkarın” sözü ilə əvəz edilsin;
3.2.10. 5.6-cı bənddə “Sahibkarlıq fəaliyyəti subyektləri” sözləri “Sahibkarlar” sözü ilə əvəz edilsin.
4. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 898; 2014, № 5, maddə 477; 2016, № 3, maddə 461, № 8, maddə 1384; 2018, № 11, maddələr 2248, 2250) 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. 4.1-ci bənddə “, 13.2-ci, 27.1-ci və 27.4.1-ci maddələrində” sözləri “maddəsində, 6-2.1-ci və 7.4-cü maddələrinin ikinci cümlələrində, 13.2-ci, 13.5-ci, 13.6-cı, 13.7-ci (hər iki halda), 27.1-ci, 27.4.1-ci maddələrində, 34.1-ci maddəsinin birinci və ikinci cümlələrində və 34.6-cı maddəsində” sözləri ilə əvəz edilsin;
4.2. aşağıdakı məzmunda 4.1-1-ci, 4.2-1-ci və 4.3-1-ci bəndlər əlavə edilsin:
“4.1-1. həmin Qanunun 13.7-ci maddəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;
“4.2-1. həmin Qanunun 6-2.1-ci, 7.4-cü və 34.1-ci maddələrinin ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;
“4.3-1. həmin Qanunun 13.5-ci, 13.6-cı, 13.7-ci (birinci halda) maddələrində, 34.1-ci maddəsinin birinci cümləsində və 34.6-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur;”;
4.3. 4.3-cü bənddən “, 34.1-ci” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 iyul 2023-cü il
PDF yükləyin
30 yanvar 2025, 19:42Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan...
30 yanvar 2025, 19:25Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan...
30 yanvar 2025, 19:23Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Ötən il dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə əlaqədar Keniya Hökuməti və xalqı...
30 yanvar 2025, 15:17Hörmətli cənab Prezident,
Vaşinqton şəhəri yaxınlığında sərnişin təyyarəsinin hərbi helikopter ilə toqquşması nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə,...
30 yanvar 2025, 14:02Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası...
29 yanvar 2025, 10:30Hörmətli cənab Sədr,
Qarşıdan gələn Bahar bayramı münasibətilə Sizə və Sizin simanızda dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Çin təqvimi ilə yeni ilin qədəm...
29 yanvar 2025, 10:26Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr...
28 yanvar 2025, 16:28Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının...
28 yanvar 2025, 16:26Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...
28 yanvar 2025, 16:24Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 18-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan...
28 yanvar 2025, 16:22