Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

24 iyul 2023, 14:50

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213; 2001, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003, № 1, maddələr 9, 23; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006, № 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923, № 12, maddələr 1004, 1025, 1030; 2007, № 5, maddələr 401, 437, № 6, maddə 560, № 8, maddə 756, № 11, maddələr 1049, 1053; 2008, № 3, maddə 156, № 7, maddələr 600, 602, № 10, maddə 887, № 11, maddə 960; 2009, № 2, maddə 48, № 5, maddə 294, № 6, maddə 399, № 12, maddələr 949, 969; 2010, № 2, maddələr 70, 75, № 4, maddə 275; 2011, № 1, maddə 11, № 2, maddələr 70, 71, № 6, maddə 464, № 7, maddə 598; 2012, № 11, maddə 1054; 2013, № 2, maddələr 89, 101, № 11, maddə 1268; 2014, № 2, maddə 92, № 10, maddə 1162, № 11, maddə 1339, № 12, maddə 1527; 2015, № 2, maddə 97, № 3, maddə 250, № 6, maddə 680; 2016, № 2 (I kitab), maddələr 190, 201, № 5, maddə 847, № 11, maddə 1767; 2017, № 6, maddələr 1031, 1048, № 12 (I kitab), maddələr 2187, 2189; 2018, № 1, maddə 13, № 6, maddə 1155, № 7 (I kitab), maddələr 1380, 1408, № 12 (I kitab), maddə 2532; 2019, № 1, maddə 35, № 4, maddə 570, № 5, maddələr 796, 804, № 7, maddə 1182, № 8, maddə 1380; 2020, № 1, maddə 1, № 5, maddə 522, № 7, maddə 832, № 11, maddələr 1322, 1332, 1335, № 12 (I kitab), maddə 1424; 2021, № 1, maddə 2, № 5, maddə 427, № 6 (I kitab), maddələr 539, 541, № 7, maddələr 698, 711, № 8, maddə 894, № 11, maddə 1203; 2022, № 6, maddə 582, № 11, maddələr 1239, 1240, № 12, maddə 1392; 2023, № 1, maddə 14, № 2, maddə 207, № 3, maddə 338) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 66-cı maddənin on ikinci abzası aşağıdakı redaksiyada verilsin:

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlər.”;

1.2. 67-2-ci maddə üzrə:

1.2.1. adına və 1-ci hissəyə birinci halda “dövlət” sözündən sonra “məktəbəqədər və” sözləri əlavə edilsin;

1.2.2. 3-cü hissədə “beş” sözü “üç” sözü ilə əvəz edilsin;

1.2.3. aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:

“3-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.”;

1.3. 70-ci maddənin “Qeyd” hissəsinə birinci halda “dövlət” sözündən sonra “məktəbəqədər və” sözləri əlavə edilsin.

Maddə 2. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1012; 2019, № 6, maddə 986, № 12, maddə 1881; 2020, № 6, maddə 664, № 7, maddələr 831, 851, № 11, maddə 1335; 2021, № 8, maddə 895; 2022, № 8, maddə 829) aşağıdakı dəyişikliklər edilsin:

2.1. aşağıdakı məzmunda 1.0.17-1-ci, 4.0.12-1-ci və 20-1-ci maddələr əlavə edilsin:

“1.0.17-1. sertifikatlaşdırma – dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru;”;

“4.0.12-1. dövlət məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarını təsdiq etmək;”;

“Maddə 20-1. Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilverənlərin sertifikatlaşdırılması

20-1.1. Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

20-1.2. Aşağıdakı şəxslər sertifikatlaşdırmadan keçmirlər:

20-1.2.1. hamilə qadınlar;

20-1.2.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);

20-1.2.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində;

20-1.2.4. azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.

20-1.3. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.

20-1.4. Sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir.

20-1.5. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərin 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ vardır. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

20-1.6. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.”;

2.2. 4.0.12-ci maddəyə “attestasiyası” sözündən sonra “(sertifikatlaşdırılması)” sözü və “attestasiyanı” sözündən sonra “(sertifikatlaşdırılmanı)” sözü əlavə edilsin;

2.3. 13.6-cı maddəyə “attestasiyadan” sözündən sonra “(sertifikatlaşdırmadan keçən işçilər istisna olmaqla)” sözləri əlavə edilsin;

2.4. 18.2.2-ci maddədə “attestasiyadan” sözü “sertifikatlaşdırmadan” sözü ilə əvəz edilsin.

Maddə 3. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 789; 2020, № 6, maddə 664, № 7, maddə 851, № 11, maddə 1335; 2021, № 2, maddə 109, № 6 (I kitab), maddə 548; 2022, № 6, maddə 588, № 8, maddə 829; 2023, № 1, maddə 43, № 2, maddə 207) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.0.34-cü maddədə “və idarəetmə fəaliyyəti ilə” sözləri “fəaliyyətlə” sözü ilə əvəz edilsin;

3.2. 28.2.3-cü maddədə “5 (beş)” sözləri “3 (üç)” sözləri ilə əvəz edilsin;

3.3. aşağıdakı məzmunda 28.2-1-ci maddə əlavə edilsin:

“28.2-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyun 2023-cü il

SƏNƏDLƏR Sərəncamlar 20 dekabr 2024
20:07
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən...

20 dekabr 2024, 20:07