Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 909-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 20-1.1-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 20-1.1-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.3. həmin Qanunun 20-1.1-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 909-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.12-1-ci maddəsinə uyğun olaraq, dövlət məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
4. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 231; 2000, № 3 (I kitab), maddə 159; 2008, № 7, maddə 611, № 8, maddə 719, № 10, maddə 896; 2009, № 2, maddə 71, № 12, maddələr 977, 987; 2011, № 7, maddə 633; 2012, № 6, maddə 545; 2014, № 7, maddə 791, № 11, maddə 1408, № 12, maddə 1570; 2015, № 1, maddə 20; 2016, № 6, maddə 1050; 2018, № 10, maddə 2007, № 12 (I kitab), maddə 2615; 2019, № 2, maddə 206, № 5, maddə 844; 2020, № 8, maddə 1037, № 11, maddə 1348; 2022, № 6, maddə 596, № 8, maddə 863, № 11, maddə 1270; 2023, № 3, maddə 352) 2-ci hissəsinin on ikinci abzasına “dövlət” sözündən sonra “məktəbəqədər və” sözləri əlavə edilsin.
5. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 iyun tarixli 1471 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1087; 2018, № 4, maddə 700, № 10, maddə 2018; 2020, № 6, maddə 699, № 11, maddə 1362; 2021, № 12, maddə 1366) aşağıdakı dəyişikliklər edilsin:
5.1. 2.1-ci bəndə “cümləsində” sözündən sonra “, 20-1.1-ci maddəsinin birinci və ikinci cümlələrində” sözləri əlavə edilsin;
5.2. 2.2-ci bəndə “attestasiyası” sözündən sonra “(sertifikatlaşdırılması)” sözü əlavə edilsin;
5.3. aşağıdakı məzmunda 2.2-1-ci və 2.5-2-ci bəndlər əlavə edilsin:
“2.2-1. həmin Qanunun 20-1.1-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;
“2.5-2. həmin Qanunun 15.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini və 4.0.5-ci maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə münasibətdə – Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırmaqla, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi qismində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi həyata keçirir;”;
5.4. 2.5-ci bənddə “15.3-cü və 23.3-cü maddələrində” sözləri “23.3-cü maddəsində” sözləri ilə əvəz edilsin, həmin bənddən “4.0.5-ci,” sözləri çıxarılsın və həmin bəndə “attestasiyasını” sözündən sonra “, təhsilverənlərin sertifikatlaşdırılmasını” sözləri, “4.0.13-cü,” sözlərindən əvvəl “4.0.12-1-ci,” sözləri, “Təhsil” sözündən əvvəl “Elm və” sözləri əlavə edilsin;
5.5. 2.5-1-ci bəndə “cümləsində” sözündən sonra “və 20-1.1-ci maddəsinin birinci cümləsində” sözləri və “Təhsil” sözündən əvvəl “Elm və” sözləri əlavə edilsin.
6. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 863; 2020, № 6, maddə 699, № 7, maddə 868, № 11, maddə 1362; 2021, № 6 (I kitab), maddə 573) aşağıdakı dəyişikliklər edilsin:
6.1. 2.4-cü bənddən “20.2-ci maddəsində,” sözləri çıxarılsın və həmin bəndə “Təhsil” sözündən əvvəl “Elm və” sözləri əlavə edilsin;
6.2. 2.5-ci bənddən “4.0.9-cu,” sözləri çıxarılsın və həmin bəndə “Təhsil” sözündən əvvəl “Elm və” sözləri əlavə edilsin;
6.3. aşağıdakı məzmunda 2.5-1-ci bənd əlavə edilsin:
“2.5-1. həmin Qanunun 20.2-ci maddəsində nəzərdə tutulmuş “orqanın (qurumun)” səlahiyyətlərini və 4.0.9-cu maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinə münasibətdə – Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırmaqla, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi qismində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi həyata keçirir;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyul 2023-cü il