Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

01 avqust 2023, 12:37

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250, № 5, maddə 323; 2002, № 12, maddə 709; 2003, № 8, maddə 420; 2004, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006, № 2, maddə 68, № 3, maddə 225, № 5, maddə 387, № 6, maddə 478, № 8, maddə 657, № 12, maddə 1005; 2007, № 2, maddə 80, № 6, maddə 560, № 8, maddə 745, № 10, maddə 937, № 11, maddə 1053, № 12, maddələr 1215, 1219; 2008, № 3, maddə 145, № 6, maddə 456, № 7, maddə 602, № 12, maddə 1049; 2009, № 2, maddə 47, № 5, maddə 295, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 2, maddə 75, № 3, maddə 171, № 4, maddələr 265, 266, 276; 2011, № 7, maddə 586, № 8, maddə 750, № 12, maddələr 1073, 1102; 2012, № 1, maddə 5, № 5, maddə 403, № 6, maddə 498; 2013, № 1, maddə 15, № 6, maddə 620, № 11, maddə 1280, № 12, maddələr 1469, 1478; 2014, № 2, maddə 96, № 7, maddə 768; 2015, № 3, maddə 254, № 5, maddə 512, № 7, maddə 814, № 10, maddə 1093; 2016, № 1, maddə 26, № 2 (I kitab), maddələr 186, 204, № 3, maddə 401, № 4, maddələr 640, 646, № 6, maddə 1005, № 7, maddə 1248, № 12, maddələr 1998, 2018; 2017, № 2, maddələr 151, 153, № 4, maddə 524, № 5, maddələr 703, 735, № 6, maddə 1035, № 11, maddə 1953, № 12 (I kitab), maddələr 2210, 2234, 2239; 2018, № 2, maddə 142, № 4, maddə 650, № 5, maddələr 845, 851, № 11, maddə 2212, № 12 (I kitab), maddələr 2467, 2518, 2526, 2533; 2019, № 1, maddələr 23, 50, № 5, maddələr 806, 812, 814, № 6, maddələr 994, 996, № 7, maddə 1202, № 8, maddə 1369, № 11, maddə 1681, № 12, maddə 1908; 2020, № 5, maddə 515, № 7, maddələr 822, 832, 839, 843, № 12 (I kitab), maddələr 1423, 1435; 2021, № 1, maddə 8, № 4, maddə 307, № 6 (I kitab), maddələr 556, 558, № 7, maddə 711, № 8, maddə 894, № 11, maddə 1206, № 12, maddə 1335; 2022, № 6, maddə 580, № 8, maddələr 824, 828, 833; 2023, № 1, maddələr 7, 22, № 3, maddə 333, № 4, maddə 445; Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 867-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 43.7-ci maddədə “və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu” sözləri “, “Publik hüquqi şəxslər haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının qanunları” sözləri ilə əvəz edilsin.

2. 49-1-ci maddə üzrə:

2.1. 49-1.1.9-cu maddəyə “Banklar haqqında” sözlərindən sonra “, “Bank olmayan kredit təşkilatları haqqında” sözləri, “banklara” sözündən sonra “, bank olmayan kredit təşkilatlarına” sözləri əlavə edilsin;

2.2. 49-1.3-cü maddənin birinci cümləsinə “və ya” sözlərindən sonra “banklara münasibətdə” sözləri əlavə edilsin və həmin cümlədə “Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla” sözləri “Qanununun tələbləri nəzərə alınmaqla” sözləri ilə əvəz edilsin.

3. 90.1-ci maddəyə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:

“Maliyyə bazarlarında nəzarət edilən subyektlərə münasibətdə nizamnamə kapitalının minimum miqdarı, onun formalaşdırılması qaydası sahəvi qanunların tələbləri nəzərə alınmaqla müəyyən edilir.”.

4. 91.1-3-cü maddənin birinci cümləsinə “yığıncağı” sözündən sonra “qanunda və ya” sözləri və ikinci cümləsinə “tələbi ilə” sözlərindən sonra “, habelə qanunla müəyyən edilən digər şəxslər tərəfindən” sözləri əlavə edilsin.

5. 91-1.4-cü maddənin üçüncü cümləsi dördüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) iclası maliyyə bazarlarında nəzarət edilən subyektlərə münasibətdə həmçinin “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla çağırılır.”.

6. 103-cü maddə üzrə:

6.1. 103.1-ci maddənin ikinci cümləsində “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunları” sözləri “sahəvi qanunlar” sözləri ilə əvəz edilsin;

6.2. 103.2-ci maddənin ikinci cümləsində “bazarlarına nəzarət orqanı” sözləri “bazarlarını tənzimləyən qanunlarda nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin;

6.3. 103.5-ci maddənin ikinci cümləsində “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Kredit ittifaqları haqqında”, “Poçt haqqında” və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanunlarında” sözləri “Sahəvi qanunlarda” sözləri ilə əvəz edilsin.

7. 104.1-ci maddənin ikinci cümləsində, 107-2.4-cü maddənin birinci cümləsində (hər iki halda), 902.2-ci, 986-3.2.2-ci, 991.2-ci, 992-ci maddələrdə, 997.4-cü maddənin ikinci cümləsində, 1033.1-ci, 1048-2.2-ci, 1048-2.4-cü, 1076-6.5-ci maddələrdə, 1076-6.6-cı maddənin ikinci cümləsində, 1076-7.3-cü maddənin birinci cümləsində, 1076-9.4-cü maddədə, 1076-10.4-cü maddənin birinci və ikinci cümlələrində, 1076-11.1-ci, 1076-11.3-cü maddələrdə, 1076-11.5-ci maddənin üçüncü cümləsində, 1076-13.3-cü maddənin birinci və ikinci cümlələrində, 1076-13.4-cü maddədə, 1076-13.6-cı maddənin birinci və ikinci cümlələrində, 1076-13.7-ci maddənin birinci və ikinci cümlələrində, 1076-13.10-cu maddədə, 1076-13.11-ci maddənin üçüncü cümləsində, 1077.7-ci maddənin üçüncü cümləsində, 1078-1.2-ci maddənin ikinci cümləsində, 1078-21.9-cu, 1078-24-cü, 1078-26.5-ci, 1078-26.6-cı, 1078-27.1.2-ci, 1078-27.2-ci, 1078-27.3-cü və 1078-27.6-cı maddələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin.

8. 105.4-cü maddədə “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Kredit ittifaqları haqqında”, “Poçt haqqında” və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanunlarında” sözləri “Sahəvi qanunlarda” sözləri ilə əvəz edilsin.

9. 105-1.5-ci maddənin ikinci cümləsində “təkrarən yerləşdirilməli” sözləri “özgəninkiləşdirilməli” sözü ilə əvəz edilsin.

10. 107-1.6-cı maddədə “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda” sözləri “Qanunda” sözü ilə əvəz edilsin.

11. 107-9.1-ci maddənin ikinci cümləsinə “üzvlərinin” sözündən sonra “, habelə qanun” sözləri əlavə edilsin.

12. 107-11.7-ci maddəyə “tələbləri” sözündən sonra “sığortaçılara,” sözü əlavə edilsin.

13. 111.8-ci maddənin ikinci cümləsinə “tələbi ilə” sözlərindən sonra “(maliyyə bazarlarında nəzarət edilən subyektlərə münasibətdə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin və üçüncü cümləsində “İdarə heyətinin (sədrin), müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin ən azı dörddə birinin tələbi ilə” sözləri “Bu halda” sözləri ilə əvəz edilsin.

14. 148.4-cü maddədən “maliyyə bazarlarına nəzarət orqanı,” sözləri çıxarılsın.

15. 403-1.2-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda törəmə maliyyə alətləri ilə əməliyyatlar digər ticarət sistemində aparıldıqda, törəmə maliyyə alətlərinin yerləşdirilməsi və tədavülü həmin ticarət sisteminin qaydalarına müvafiq olaraq həyata keçirilir.”.

16. 925-ci maddə üzrə:

16.1. 925.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir.”;

16.2. 925.3-cü maddə ləğv edilsin.

17. Aşağıdakı məzmunda 925-1-ci maddə əlavə edilsin:

“Maddə 925-1. Zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsi

925-1.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır.

925-1.2. Müstəqil ekspert sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin təklif etdiyi üç müstəqil ekspertin sırasından seçilərək 3 (üç) iş günü ərzində sığortaçı tərəfindən təyin edilir.

925-1.3. Sığortaçı bu Məcəllənin 925-1.2-ci maddəsində müəyyən edilmiş müddət ərzində müstəqil eksperti təyin etmədikdə sığortalı, sığorta olunan və ya faydalanan şəxs zərərin qiymətləndirilməsi üçün özünün seçdiyi müstəqil ekspertə müraciət etmək hüququna malikdir.

925-1.4. Müvafiq hallarda sığortalı, sığorta olunan və ya faydalanan şəxs bu Məcəllənin 925-1.2-ci maddəsinə uyğun olaraq zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsinin nəticələrini qəbul etmədikdə həmin maddədə nəzərdə tutulmuş qaydada zərərin təkrar qiymətləndirilməsini tələb edə bilər.

925-1.5. Müstəqil ekspert zərərin qiymətləndirilməsinin nəticələrini sığortaçıya, həmçinin müvafiq hallarda sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə təqdim etməlidir.

925-1.6. Zərərin qiymətləndirilməsinə çəkilən xərc aşağıdakı şəxslər tərəfindən ödənilir:

925-1.6.1. müstəqil ekspert bu Məcəllənin 925-1.2-ci və 925-1.3-cü maddələrinə uyğun olaraq təyin edildikdə - sığortaçı;

925-1.6.2. müstəqil ekspert bu Məcəllənin 925-1.4-cü maddəsinə uyğun olaraq təyin edildikdə - təkrar qiymətləndirməni tələb edən şəxs.”.

18. 954.4-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Maliyyə xidmətlərinin göstərilməsi ilə bağlı mərkəzi depozitarın açdığı və apardığı pul hesablarına bu fəslin qaydaları “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla tətbiq edilir.”.

19. 967.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“967.2. Bank sirrini təşkil edən məlumatlar müştərinin özünə və nümayəndəsinə verilir. Belə məlumatlar digər şəxslərə yalnız “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada verilir.”.

20. 971.3-cü maddəyə “və poçt” sözlərindən əvvəl “, mərkəzi depozitar” sözləri əlavə edilsin.

21. Aşağıdakı məzmunda 972.1-1-ci maddə əlavə edilsin:

“972.1-1. Maliyyə xidmətlərinin göstərilməsi ilə bağlı mərkəzi depozitarın açdığı pul hesabları üzrə nağdsız hesablaşmalar “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.”.

22. 997.2-ci maddənin dördüncü cümləsindən “və ya sənədli” sözləri çıxarılsın.

23. 1076-1.3-cü maddəyə, 1076-2.1-ci, 1076-6.8-ci və 1076-7.1-ci maddələrin birinci cümlələrinə, 1076-8.1-ci maddənin birinci abzasına, 1076-8.3-cü maddənin ikinci cümləsinə, 1076-10.6-cı maddəyə, 1076-12.2-ci və 1076-13.2-ci maddələrin birinci cümlələrinə ismin müvafiq hallarında “emissiya prospekti” sözlərindən sonra ismin müvafiq hallarında “(informasiya memorandumu)” sözləri əlavə edilsin.

24. 1076-2.3-cü maddəyə “prospektinin” sözündən sonra “(informasiya memorandumunun)” sözləri əlavə edilsin və həmin maddədə “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankının” sözləri ilə əvəz edilsin.

25. 1076-9.7-ci maddədə “Maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin.

26. 1076-11.4-cü maddənin birinci cümləsinə (hər iki halda) “prospektinin” sözündən sonra “(informasiya memorandumunun)” sözləri əlavə edilsin və həmin cümlədə “maliyyə bazarlarına nəzarət orqanına” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankına” sözləri ilə əvəz edilsin, ikinci cümləsində “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin və həmin cümləyə “prospektinin” sözündən sonra “(informasiya memorandumunun)” sözləri əlavə edilsin.

27. 1078-20-ci maddə üzrə:

27.1. 1078-20.4-cü və 1078-20.6-cı maddələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin;

27.2. 1078-20.5-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda qiymətli kağızlarla alqı-satqı əməliyyatları tənzimlənən bazar istisna olmaqla, digər ticarət sistemində aparıldıqda, alqı-satqı əqdləri həmin ticarət sisteminin qaydalarına uyğun olaraq bağlanılır.”;

27.3 1078-20.7-ci maddəyə (hər iki halda) “şirkəti” sözündən sonra “və ya investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bank” sözləri əlavə edilsin.

28. 1078-23-cü maddə üzrə:

28.1. 1078-23.5-ci və 1078-23.17-ci maddələrdə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin;

28.2. 1078-23.13-cü, 1078-23.14-cü və 1078-23.16-cı maddələrə “fond birjasında” sözlərindən sonra “və ya “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda qiymətli kağızlarla əməliyyatlar digər ticarət sistemində aparıldıqda, həmin ticarət sistemində” sözləri əlavə edilsin;

28.3. 1078-23.18-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Maliyyə girovu həmçinin “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda qiymətli kağızlarla və törəmə maliyyə alətləri ilə əməliyyatlar digər ticarət sistemində aparıldıqda da yaranır.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyul 2023-cü il

SƏNƏDLƏR Sərəncamlar 20 dekabr 2024
20:07
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən...

20 dekabr 2024, 20:07