08 sentyabr 2012, 11:20

Rövşən Rüstəmov, Lerik, Azərbaycan

Hörmətli Prezident!

Avqustun 31-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti Ramil Sahib oğlu Səfərovun Macarıstandan Vətənə gətirilməsi və Sizin Sərəncamınızla əfv olunaraq azadlığa buraxılması Zati-alinizin rəhbərliyi sayəsində müstəqil Azərbaycanın bu gün dünyada artan nüfuzunun məntiqi nəticəsidir. Həmişə gənclərimizə xüsusi qayğı və diqqətinizin nəticəsidir ki, son illər gənclərimiz bütün sahələrdə böyük uğurlara imza atırlar.

Cənab Prezident, Sizin bu cəsarətli addımınız hər bir gəncin yaddaşında silinməz iz salmaqla bizi bundan sonra daha da vətənpərvər olmağa şövq edəcəkdir. Həmişə öz Prezidentinə, dövlətinə inanan gənclərimiz bir daha gördü ki, Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan kimi hər bir əsgərin, zabitin arxasında durur. Bu həm də düşmən üzərində qələbəmizin ilk müjdəsidir. İnanırıq ki, yaxın vaxtlarda Sizin rəhbərliyinizlə bütün torpaqlarımız işğaldan azad ediləcək, xalqımız daha firavan yaşacaqdır.

Cənab Prezident, əmin ola bilərsiniz ki, daim torpaqlarımızın müdafiəsinə hazır olan lerikli gənclər həmişə Sizin ətrafınızda sıx birləşərək döyüşə hər an hazırdır.

Lerik rayonu gəncləri adından hörmətlə,

Rüstəmov Rövşən, Gənclər və İdman İdarəsinin rəisi
Azərbaycan Respublikası, Lerik rayon