12:50
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2008-ci il 4 iyul tarixli 792 nömrəli, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1016-VQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 17 aprel tarixli 1926 nömrəli, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
18 avqust 2023, 12:31Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanununun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.30 – 1.0.32-ci, 9.2-1-ci (hər iki halda) maddələrində, 9.2-2-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 13.1-ci və 14.1-ci maddələrinin birinci abzaslarında, 14.1.7-ci maddəsində, 14.2-ci və 14.3-cü maddələrinin birinci abzaslarında, 14.3.5-ci maddəsində, 14.4-cü maddəsinin birinci abzasında, 15.1-ci və 15.2-ci maddələrinin birinci cümlələrində, 15.3-cü maddəsində, 15.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 15.5-ci maddəsinin birinci cümləsində, 15-1.1-ci və 21.2-ci maddələrinin ikinci cümlələrində (hər iki halda), 21.9-cu, 22.2-ci maddələrində, 22.4-cü maddəsinin ikinci cümləsində, 27.3-cü maddəsinin dördüncü cümləsində, 27.4-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 40.1-ci maddəsinin birinci cümləsində, 50.2-ci maddəsinin birinci, ikinci, üçüncü (hər iki halda) və dördüncü cümlələrində, 50.4-cü maddəsinin birinci və dördüncü (hər iki halda) cümlələrində, 50.8-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 50.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
1.3. həmin Qanunun 9.2-2-ci maddəsinin birinci cümləsində (ikinci halda), 14.3.5-ci maddəsində, 15.4-cü və 15.5-ci maddələrinin birinci cümlələrində, 15-1.1-ci maddəsinin ikinci cümləsində (birinci halda), 21.2-ci maddəsinin ikinci cümləsində (ikinci halda), 22.4-cü maddəsinin ikinci cümləsində, 27.4-cü maddəsinin birinci (ikinci halda) və ikinci cümlələrində, 50.2-ci maddəsinin birinci, üçüncü (ikinci halda) və dördüncü cümlələrində, 50.4-cü maddəsinin dördüncü cümləsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.4. həmin Qanunun 1.0.30-cu, 9.2-1-ci (birinci halda) maddələrində, 9.2-2-ci maddəsinin birinci cümləsində (birinci halda), 14.1.7-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;
1.5. həmin Qanunun 50.8-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;
1.6. həmin Qanunun 1.0.31-ci, 1.0.32-ci, 9.2-1-ci (ikinci halda) maddələrində, 9.2-2-ci maddəsinin ikinci cümləsində, 13.1-ci, 14.1 – 14.4-cü maddələrinin birinci abzaslarında, 15.1-ci və 15.2-ci maddələrinin birinci cümlələrində, 15.3-cü maddəsində, 15.4-cü maddəsinin ikinci cümləsində, 15-1.1-ci maddəsinin ikinci cümləsində (ikinci halda), 21.2-ci maddəsinin ikinci cümləsində (birinci halda), 21.9-cu, 22.2-ci maddələrində, 40.1-ci maddəsinin birinci cümləsində, 50.2-ci maddəsinin ikinci cümləsində, 50.4-cü maddəsinin birinci və dördüncü (birinci halda) cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;
1.7. həmin Qanunun 27.3-cü maddəsinin dördüncü cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə Peşə Təhsili üzrə Dövlət Agentliyi qismində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi nəzərdə tutulur;
1.8. həmin Qanunun 27.4-cü maddəsinin birinci cümləsində (birinci halda) və 50.2-ci maddəsinin üçüncü cümləsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. aşağıdakı normativ hüquqi aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
2.1.1. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-2-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, taxoqrafdan istifadə, ona xidmət və ya rəqəmsal taxoqraf kartından istifadə üzrə xüsusi proqramı;
2.1.2. həmin Qanunun 14.3.5-ci maddəsinə uyğun olaraq, müntəzəm sərnişin daşımalarının həyata keçirilməsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş alətləri ilə təchiz olunması hallarını;
2.1.3. həmin Qanunun 15.5-ci maddəsinə uyğun olaraq, müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri;
2.1.4. həmin Qanunun 15-1.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, taksi sifarişi operatorları tərəfindən hər bir taksi sifarişi üzrə real vaxt rejimində ötürülən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların siyahısını;
2.1.5. həmin Qanunun 21.2-ci maddəsinin ikinci cümləsinə və 50.4-cü maddəsinin dördüncü cümləsinə uyğun olaraq, müsabiqədə iştiraka görə ödənişin məbləğini və “İcazə” blanklarının (jurnallarının) verilməsinə görə haqqın məbləğini;
2.1.6. həmin Qanunun 22.4-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, formulyarın formasını;
2.1.7. həmin Qanunun 27.4-cü maddəsinə uyğun olaraq, qiymətləndirmənin nəticələrinə dair sənədin formasını və qiymətləndirmənin aparılmasına görə haqqın məbləğini;
2.1.8. həmin Qanunun 50.2-ci maddəsinin üçüncü və dördüncü cümlələrinə uyğun olaraq, hazırlığın keçirilməsi və qiymətləndirilmənin aparılması qaydasını, qiymətləndirmənin nəticələrinə dair sənədin formasını, habelə qiymətləndirmənin aparılmasına görə haqqın məbləğini;
2.2. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 610; 2009, № 10, maddə 779; 2016, № 4, maddə 661, № 6, maddə 1064, № 11, maddə 1840; 2017, № 6, maddə 1083; 2018, № 12 (I kitab), maddə 2600; 2019, № 5, maddə 838, № 8, maddə 1408; 2020, № 5, maddə 544; 2021, № 1, maddə 17, № 6 (I kitab), maddə 593; 2023, № 3, maddələr 342, 372, № 4, maddə 482) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci, 2.1-2-ci, 2.2-ci, 2.2-3-cü və 2.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin:
“2.1. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-1-ci, 1.0.30 – 1.0.32-ci, 6.5-ci, 9.2-1-ci (hər iki halda) maddələrində, 9.2-2-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 13.1-ci və 14.1-ci maddələrinin birinci abzaslarında, 14.1.7-ci maddəsində, 14.2-ci və 14.3-cü maddələrinin birinci abzaslarında, 14.3.5-ci maddəsində, 14.4-cü maddəsinin birinci abzasında, 15.1-ci və 15.2-ci maddələrinin birinci cümlələrində, 15.3-cü maddəsində, 15.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 15.5-ci maddəsinin birinci cümləsində, 15-1.1-ci maddəsinin ikinci cümləsində (hər iki halda), 21.1-ci maddəsində, 21.2-ci maddəsinin ikinci cümləsində (hər iki halda), 21.9-cu, 22.2-ci maddələrində, 22.4-cü maddəsinin ikinci cümləsində, 26.4-cü maddəsində, 27.3-cü maddəsinin dördüncü cümləsində, 27.4-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 40.1-ci maddəsinin birinci cümləsində, 48.1-ci, 48.1-1-ci maddələrində, 48.1-2-ci maddəsinin ikinci cümləsində, 48.1-3-cü maddəsinin birinci cümləsində, 48.1-4-cü, 48.1-4.1-ci, 48.1-4.2-ci, 48.1-5-ci, 48.1-6-cı, 48.2-ci maddələrində, 50.2-ci maddəsinin birinci, ikinci, üçüncü (hər iki halda) və dördüncü cümlələrində, 50.4-cü maddəsinin birinci və dördüncü (hər iki halda) cümlələrində, 50.8-ci və 59-cu maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;
“2.1-2. həmin Qanunun 9.2-2-ci maddəsinin birinci cümləsində (ikinci halda), 14.3.5-ci maddəsində, 15.4-cü və 15.5-ci maddələrinin birinci cümlələrində, 15-1.1-ci maddəsinin ikinci cümləsində (birinci halda), 21.2-ci maddəsinin ikinci cümləsində (ikinci halda), 22.4-cü maddəsinin ikinci cümləsində, 27.4-cü maddəsinin birinci (ikinci halda) və ikinci cümlələrində, 48.1-2-ci maddəsinin ikinci cümləsində, 48.2-ci maddəsində, 50.2-ci maddəsinin birinci, üçüncü (ikinci halda) və dördüncü cümlələrində, 50.4-cü maddəsinin dördüncü cümləsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
2.2. həmin Qanunun 3.2.1-ci, 7.5-ci maddələrində, 7.6-cı maddəsinin birinci və ikinci cümlələrində, 7-1.5-ci, 9.3-cü maddələrində, 27.3-cü maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir;”;
“2.2-3. həmin Qanunun 27.3-cü maddəsinin dördüncü cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə Peşə Təhsili üzrə Dövlət Agentliyi qismində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi nəzərdə tutulur;
2.3. həmin Qanunun 1.0.30-cu, 9.2-1-ci (birinci halda) maddələrində, 9.2-2-ci maddəsinin birinci cümləsində (birinci halda), 14.1.7-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;”;
3.2. 2.1-1-ci bənddən “, 14.1-1.1-ci və 14.1-1.4-cü maddələrində, 15.5-ci maddəsinin ikinci cümləsində” sözləri çıxarılsın və həmin bənddə “, 50.5-ci maddəsinin birinci, ikinci və dördüncü cümlələrində və 50.6-cı maddəsində” sözləri “və 50.3-cü maddəsində” sözləri ilə əvəz edilsin;
3.3. 2.2-1-ci bənddə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin və həmin bənddən “, Bakı şəhərinin inzibati ərazisində avtovağzallara (avtostansiyalara), yeraltı keçidlərə, metro çıxışlarına və velosiped zolaqlarına münasibətdə isə Bakı Nəqliyyat Agentliyi” sözləri çıxarılsın;
3.4. 2.2-2-ci bənddə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin və həmin bənddən “, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə isə, müvafiq olaraq, Bakı Nəqliyyat Agentliyi, Sumqayıt və Gəncə şəhər icra hakimiyyəti başçıları yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma idarələri” sözləri çıxarılsın;
3.5. 2.3-1-ci bənddə “və 48.1-4-cü maddəsində” sözləri “, 48.1-4-cü və 50.8-ci maddələrində” sözləri ilə əvəz edilsin;
3.6. aşağıdakı məzmunda 2.3-3-cü bənd əlavə edilsin:
“2.3-3. həmin Qanunun 1.0.31-ci, 1.0.32-ci, 9.2-1-ci (ikinci halda) maddələrində, 9.2-2-ci maddəsinin ikinci cümləsində, 13.1-ci, 14.1 – 14.4-cü maddələrinin birinci abzaslarında, 15.1-ci və 15.2-ci maddələrinin birinci cümlələrində, 15.3-cü maddəsində, 15.4-cü maddəsinin ikinci cümləsində, 15-1.1-ci maddəsinin ikinci cümləsində (ikinci halda), 21.2-ci maddəsinin ikinci cümləsində (birinci halda), 21.9-cu, 22.2-ci maddələrində, 40.1-ci maddəsinin birinci cümləsində, 50.2-ci maddəsinin ikinci cümləsində, 50.4-cü maddəsinin birinci və dördüncü (birinci halda) cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;”;
3.7. 2.4-cü bənddə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin və həmin bənddən “, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə isə, müvafiq olaraq, Bakı Nəqliyyat Agentliyi, Sumqayıt və Gəncə şəhər icra hakimiyyətinin başçıları yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma idarələri” sözləri çıxarılsın;
3.8. 2.6-cı bənddə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin və həmin bənddən “, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımaya və taksi minik avtomobilləri ilə sərnişindaşımaya münasibətdə, müvafiq olaraq, Bakı Nəqliyyat Agentliyi, Sumqayıt və Gəncə şəhər icra hakimiyyətlərinin başçıları yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri” sözləri çıxarılsın;
3.9. 2.8-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.9-cu bənd əlavə edilsin:
“2.9. həmin Qanunun 27.4-cü maddəsinin birinci cümləsində (birinci halda) və 50.2-ci maddəsinin üçüncü cümləsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə tutulur.”.
4. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1016-VQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 aprel tarixli 1926 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 4, maddə 677) 3-cü hissəsində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin və həmin hissədən “və ölkədaxili (şəhərlərarası və rayonlararası)” sözləri çıxarılsın.
5. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1031) ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
5.1. 3.1.6-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.1.6. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq fəaliyyət növlərinə icazə, onların dublikatlarını və əlavələrini vermək, həmin icazələri yenidən rəsmiləşdirmək, dayandırmaq, bərpa və ya ləğv etmək, habelə icazə şərtlərinə riayət olunmasına nəzarəti həyata keçirmək;”;
5.2. 3.1.22-ci yarımbəndə “məntəqələrinin,” sözündən sonra “avtomobil nəqliyyatı parklarının,” sözləri əlavə edilsin;
5.3. 3.1.25-ci yarımbənddən “və ölkədaxili (şəhərlərarası və rayonlararası)” sözləri çıxarılsın.
6. Bu Fərmanın 1-ci, 3 – 5-ci hissələri 2023-cü il oktyabrın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 avqust 2023-cü il
12:50
12:15
12:00
11:50
16:19
Zati-həzrətləri,
Ailənizə üz vermiş ağır itki – bacınız Samiha Məhəmməd Əl-Tayyibin vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu üzüntülü anlarda dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə səbir diləyir, dərin...
16 noyabr 2024, 16:1914:09
Noyabrın 15-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı əsnasında dövlət başçıları Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin bu ilin avqustunda...
15 noyabr 2024, 14:0913:50
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...
15 noyabr 2024, 13:5011:00
Hörmətli cənab Prezident,
Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan hər zaman...
15 noyabr 2024, 11:0015:33
14:35
14:12
14:10