Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

18 avqust 2023, 15:24

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 783-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840, № 11, maddələr 2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587, 2601; 2019, № 1, maddə 82, № 2, maddə 216, № 3, maddə 431, № 4, maddə 620, № 5, maddələr 819, 824, 835, 866, № 7, maddə 1221, № 8, maddə 1388, № 10, maddələr 1581, 1587, № 11, maddələr 1700, 1710; 2020, № 3, maddə 252, № 5, maddələr 538, 564, № 6, maddələr 710, 714, № 7, maddələr 865, 880, № 8, maddə 1032, № 11, maddə 1345, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 33, № 6 (I kitab), maddə 566, № 8, maddə 921, № 12, maddələr 1407, 1423; 2022, № 4, maddələr 305, 306, 323, 329, № 7, maddə 728, № 10, maddə 1146, № 11, maddələr 1251, 1267, 1269; 2023, № 1, maddələr 66, 97, № 3, maddələr 346, 375, № 4, maddələr 472, 483, 505; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2190 nömrəli, 17 iyul tarixli 2221 nömrəli, 18 iyul tarixli 2228 nömrəli və 1 avqust tarixli 2272 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na aşağıdakı məzmunda 70-1 – 70-7-ci hissələr əlavə edilsin:

“70-1. Məcəllənin 598.1.1, 598.1.2, 598.1.4 – 598.1.6, 598.4 və 598.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Mərkəzi Bankı adından – bu Siyahının 37.4-cü bəndində nəzərdə tutulan vəzifəli şəxslər.

70-2. Məcəllənin 598.1.3, 598.6 və 598.7-ci (Məcəllənin 598.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya münasibətdə) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti adından – İdarə Heyətinin sədri, onun müavinləri və departament rəhbəri.

70-3. Məcəllənin 598.2 və 598.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

70-3.1. maliyyə institutlarına münasibətdə Azərbaycan Respublikasının Mərkəzi Bankı adından – bu Siyahının 37.4-cü bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

70-3.2. notariuslara münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından – ədliyyə naziri, onun müavinləri, Nazirliyin Aparatının Ədliyyə sahəsində xidmətlər baş idarəsinin rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, onun müavini, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Aparatının ədliyyə sahəsində xidmətlər üzrə müvafiq səlahiyyətli struktur qurumunun rəhbəri;

70-3.3. rieltorlar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslərə, belə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinə münasibətdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – bu Siyahının 32.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

70-3.4. vəkillərə münasibətdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası adından – Rəyasət Heyətinin sədri, onun müavinləri.

70-4. Məcəllənin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar (Məcəllənin 598.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta istisna olmaqla) haqqında işlər üzrə protokol:

70-4.1. notariuslara münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından – bu Siyahının 70-3.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

70-4.2. rieltorlar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslərə, belə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinə münasibətdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – bu Siyahının 32.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

70-4.3. vəkillərə münasibətdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası adından – bu Siyahının 70-3.4-cü bəndində nəzərdə tutulan vəzifəli şəxslər.

70-5. Məcəllənin 598.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

70-5.1. qeyri-hökumət təşkilatlarına, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəliklərinə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından – bu Siyahının 36.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

70-5.2. dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi adından – bu Siyahının 36.3-cü bəndində nəzərdə tutulan vəzifəli şəxslər.

70-6. Məcəllənin 598.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

70-6.1. maliyyə monitorinqi orqanının verdiyi yazılı göstərişlərin vaxtında və ya tam icra edilməməsinə münasibətdə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti adından – bu Siyahının 70-2-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;

70-6.2. digər hallarda Azərbaycan Respublikasının Auditorlar Palatası adından – Auditorlar Palatasının sədri, onun müavini, Aparatın rəhbəri.

70-7. Məcəllənin 598.10-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

70-7.1. maliyyə institutlarına münasibətdə Azərbaycan Respublikasının Mərkəzi Bankı adından – bu Siyahının 37.4-cü bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

70-7.2. notariuslara münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından – bu Siyahının 70-3.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

70-7.3. rieltorlar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslərə münasibətdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – bu Siyahının 32.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

70-7.4. qeyri-hökumət təşkilatlarına, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəliklərinə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından – bu Siyahının 36.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

70-7.5. dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi adından – bu Siyahının 36.3-cü bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

70-7.6. vəkillərə münasibətdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası adından – bu Siyahının 70-3.4-cü bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

70-7.7. auditor xidməti göstərən şəxslərə münasibətdə Azərbaycan Respublikasının Auditorlar Palatası adından – bu Siyahının 70-6.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

70-7.8. digər fiziki şəxslərə və qurumlara münasibətdə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti adından – bu Siyahının 70-2-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 32.1-ci bəndində dəyişiklik edilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 avqust 2023-cü il

SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:08
Azərbaycan Respublikası Prezidentinin “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” 2021-ci il 22 iyun tarixli 1375 nömrəli, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1756 nömrəli, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1757 nömrəli, “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2023-cü il 26 may tarixli 2151 nömrəli, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2024-cü il 1 aprel tarixli 25 nömrəli və “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2024-cü il 10 iyul tarixli 134 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

23 yanvar 2025, 19:08
SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:06
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

23 yanvar 2025, 19:06
SƏNƏDLƏR Sərəncamlar 23 yanvar 2025
19:04
“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 oktyabr tarixli 761 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti...

23 yanvar 2025, 19:04
SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:02
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan...

23 yanvar 2025, 19:02