Düşənbədə 5-ci Məşvərət görüşündə iştirak edən dövlət başçıları “EKSPO Mərkəzi Asiya 2023” sərgisi ilə tanış olublar

14 sentyabr 2023, 19:40
Düşənbədə 5-ci Məşvərət görüşündə iştirak edən dövlət başçıları “EKSPO Mərkəzi Asiya 2023” sərgisi ilə tanış olublar

Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edən digər prezidentlər Düşənbədəki “EKSPO Mərkəzi Asiya 2023” sərgisi ilə tanış olublar.

Tacikistan hökumətinin dəstəyi ilə təşkil olunan sərgidə aparıcı şirkətlər öz məhsullarını təqdim edirlər.

Sərgidən məqsəd istehsalat müəssisələrinin məhsullarının təqdimatı və Mərkəzi Asiya ölkələri arasında ticarət əməkdaşlığının möhkəmləndirilməsidir.

Mərkəzi Asiya ölkələrinin salonlarında geniş çeşiddə yüngül sənaye və baramaçılıq məhsulları, hidroenergetika və innovasiya avadanlıqları, məişət texnikası, həmçinin ət və süd məhsulları, meyvə quruları, konservlər, sərinləşdirici içkilər və digər məhsullar təqdim olunur.

Açıq meydanda Mərkəzi Asiya ölkələrinin minik, sərnişin və yük avtomobilləri, hərbi-müdafiə nəqliyyat vasitələri, eləcə də kənd təsərrüfatı texnikası sərgilənir.

Sərgidə, həmçinin Aralı Xilasetmə Beynəlxalq Fondunun və Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətinin nəticələri və nailiyyətləri təqdim olunur.

Ekspozisiyada qədim zamanlarda İpək yolu vasitəsilə ticarət və müxtəlif dövrlərdə tacik sənətkarların fəaliyyəti barədə də ətraflı məlumat verilir.

Ayrıca sahədə Tacikistanın hidroenergetika resursları təqdim edilir.

Sonra dövlət başçıları Özbəkistan, Qazaxıstan və Türkmənistanın sənaye məhsulları sərgisində olublar.

Qeyd edilib ki, belə böyük regional sərginin təşkili ticarət əməkldaşlığının genişləndirilməsinə, ölkələrdə istehsalat sahələrinin və müəssisələrinin fəaliyyətinin inkişafına, sənaye məhsullarının çeşidinin və həcminin artırılmasına kömək edir.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 27 noyabr 2024
15:33
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 66-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7...

27 noyabr 2024, 15:33
SƏNƏDLƏR Sərəncamlar 26 noyabr 2024
13:49
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək...

26 noyabr 2024, 13:49