06 sentyabr 2012, 12:17

Hüseyn Bayramovdan, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin Ramil Səfərovun Azərbaycana ekstradisiya olunmasında göstərdiyiniz bütün səylər və onu dərhal əfv etməyiniz xalqımızın qəlbini iftixar hissi ilə doldurdu. Hamımız Sizinlə qürur duyur və Sizə sonsuz təşəkkürümüzü bildiririk.

Siz hələ 2003-cü ildə Prezident seçildikdən az sonra BMT-nin Təhlükəsizlik Şurasının 58-ci sessiyasında ingilis dilində məntiqli, cəsarətli nitqinizlə siyasət aləminə yeni bir liderin gəldiyini bəyan etmişdiniz.

Hörmətli cənab Prezident!

Ramil Səfərovla əlaqədar gördüyünüz mühüm tədbirlərlə beynəlxalq aləmdə siyasi rəqiblərinizdən çox-çox üstün olduğunuzu bir daha sübut etdiniz. İnanıram ki, işğal olunmuş Azərbaycan əraziləri məhz Sizin uzaqgörən siyasətiniz nəticəsində tezliklə azad olunacaq, ölkəmiz daha da inkişaf edəcəkdir. İndi Azərbaycan Sizin rəhbərliyinizlə nəinki Cənubi Qafqazın, həm də dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilir.

Cənab Prezident, çətin, lakin son dərəcə şərəfli fəaliyyətinizdə Sizə uğurlar arzulayıram, Tanrı Sizə yar olsun.

Hörmətlə,

Bayramov Hüseyn,
Ağdam rayon məktəb direktoru, filoloq, politoloq
Azərbaycan Respublikası, Ağdam rayonu