İlham Əliyev Fransa Senatının enerji araşdırma qrupunun həmsədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

01 oktyabr 2012, 15:00
İlham Əliyev Fransa Senatının enerji araşdırma qrupunun həmsədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Prezident İlham Əliyev Fransa Senatının enerji araşdırma qrupunun həmsədri senator Ladislas Poniatovskinin başçılıq etdiyi senatorlar xanım Delfin Batay, Kristof-Andre Frassa və Jan-Klod Leniordan ibarət nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı Fransa Senatının enerji araşdırma qrupunu təmsil edən senatorların ölkəmizə səfərinin Azərbaycan ilə Fransa arasında əlaqələrin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu vurğuladı. Fransaya bu yaxınlarda səfər etdiyini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bildirdi ki, Prezident Fransua Ollandla görüşü və səfər zamanı keçirdiyi digər görüşlər Azərbaycan-Fransa münasibətlərinin strateji xarakter daşıdığını bir daha təsdiqlədi. Əlaqələrimizin inkişafında parlamentlərarası əməkdaşlığın önəmini qeyd edən dövlətimizin başçısı Fransa Senatı nümayəndələrinin ölkəmizə səfərinin bu əməkdaşlığın daha da gücləndirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirdi.

Nümayəndə heyətinin bütün üzvlərinin Fransa Senatının enerji araşdırma qrupunu təmsil etdiyini vurğulayan Ladislas Poniatovski ölkələrimiz arasında mövcud əlaqələrin bütün sahələrdə, xüsusilə enerji sektorunda daha da genişləndirilməsində maraqlı olduqlarını dedi. Ladislas Poniatovski Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Fransua Ollandla görüşən ilk prezidentlərdən biri olmasını xüsusi vurğuladı. 

SƏNƏDLƏR Fərmanlar 06 fevral 2025
15:58
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 2018-ci il 1 may tarixli 29 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...

06 fevral 2025, 15:58
SƏNƏDLƏR Sərəncamlar 06 fevral 2025
15:52
S.R.Babayevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilsin.

İlham...

06 fevral 2025, 15:52
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
17:24
M.B.Babayevin Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                         

Muxtar Bahadur oğlu Babayev Azərbaycan...

05 fevral 2025, 17:24
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
17:22
M.B.Babayevin Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                                     

Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər...

05 fevral 2025, 17:22
SƏNƏDLƏR Fərmanlar 05 fevral 2025
15:58
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi və Sosial Məsələlər Departamentinin Dövlət Təşkilatları və Rəqəmsal Hökumət Bölməsi tərəfindən təmsil olunan Birləşmiş Millətlər Təşkilatı arasında Töhfə Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il noyabrın 11-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial...

05 fevral 2025, 15:58
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
15:54
Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyinə vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası humanizm prinsiplərinə söykənərək, ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardımlar göstərir.

Ukraynada yaranmış son vəziyyətlə əlaqədar Azərbaycan dövləti tərəfindən Ukrayna...

05 fevral 2025, 15:54