Prezident İlham Əliyev Belarus Respublikası Baş nazirinin birinci müavini Vladimir Semaşkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Belarusun Baş nazirinin birinci müavini Vladimir Semaşko Azərbaycana sonuncu dəfə 2008-ci ildə səfər etdiyini və ötən dövr ərzində ölkəmizdə çox böyük inkişaf proseslərinin şahidi olduğunu dedi.
Görüşdə Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurlu inkişafından məmnunluq ifadə olundu, Gəncə avtomobil zavodunda həyata keçirilən Azərbaycan-Belarus birgə layihəsinin önəmi qeyd edildi, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı.