Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

27 may 2024, 11:44

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

İcazə verin Sizə öz ehtiramımı bildirim və Zati-alinizi Müstəqillik Günü münasibətilə təbrik edim.

Bu əlamətdar gündə Sizə və Azərbaycan Respublikasının bütün vətəndaşlarına möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və doğma ölkənizin inkişafı naminə səmərəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında uzun illər ərzində davamlı strateji tərəfdaşlıq xarakteri almış çoxplanlı qarşılıqlı fəaliyyətin inkişafına göstərdiyiniz hərtərəfli dəstəyə və şəxsi töhfənizə görə Sizə təşəkkürümü bildirirəm. Əminəm ki, gələcəkdə də birgə səylərlə qarşılıqlı hörmətə və etibarlı əməkdaşlığa əsaslanan ənənələri fəal şəkildə möhkəmləndirəcəyik.

Dərin hörmətlə,

 

İqor Babuşkin

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru

SƏNƏDLƏR Sərəncamlar 21 aprel 2025
16:40
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...

21 aprel 2025, 16:40