Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirinin müavini Mohammed Əhməd Bin Abdul Aziz Al Şihhinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu, Dubay Ticarət və Sənaye Palatasının xaricdə ilk nümayəndəliyinin Azərbaycanda təsis edilməsinin əhəmiyyəti vurğulandı, palatanın ölkələrimiz arasında iqtisadi əməkdaşlığın, o cümlədən qarşılıqlı ticarət əlaqələrinin daha da genişləndirilməsi baxımından önəmi qeyd edildi.