13:09

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 403 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 22 may tarixli 69 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın 1-ci hissəsinin yeddinci və səkkizinci abzasları müvafiq olaraq onuncu və on birinci abzaslar hesab olunsun və aşağıdakı məzmunda yeddinci – doqquzuncu abzaslar əlavə edilsin:
“Bakı Hərbi Kolleci;
Gəncə Hərbi Kolleci;
Naxçıvan Hərbi Kolleci;”.
2. “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli 502 nömrəli və “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1628 nömrəli fərmanlarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 mart tarixli 1626 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 3, maddə 214 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
2.1. həmin Fərmanla təsdiq edilmiş “Milli Müdafiə Universitetinin Nizamnaməsi” üzrə:
2.1.1. 4.2-ci bəndə “Mərkəzi,” sözündən sonra “Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci, Naxçıvan Hərbi Kolleci,” sözləri, “tədris şöbəsi,” sözlərindən sonra “fakültələr, kurslar,” sözləri əlavə edilsin;
2.1.2. 4.4-cü bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Universitet rektorunun müavinləri, habelə Universitetin tabeliyindəki Hərbi Elmi Tədqiqat İnstitutunun, Hərbi İdarəetmə İnstitutunun, Heydər Əliyev adına Hərbi İnstitutun rektorları və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi Azərbaycan Respublikası müdafiə nazirinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən, Bakı Hərbi Kollecinin, Gəncə Hərbi Kollecinin, Naxçıvan Hərbi Kollecinin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və Heydər Əliyev adına Hərbi Liseyin rəisləri isə Universitet rektorunun təqdimatına əsasən Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.”;
2.2. həmin Fərmanla təsdiq edilmiş “Heydər Əliyev adına Hərbi İnstitutun Nizamnaməsi” üzrə:
2.2.1. 1.1-ci bənddən və 3.1.4-cü yarımbənddən “orta ixtisas təhsili,” sözləri çıxarılsın;
2.2.2. 1.3-cü bənddən “orta ixtisas təhsilli mütəxəssislər və” sözləri çıxarılsın;
2.2.3. 5.2.2-ci yarımbənd, 6.2-ci və 7.28-ci bəndlər ləğv edilsin;
2.2.4. 6.3-cü bənddən “orta ixtisas təhsili pilləsinə və” sözləri çıxarılsın;
2.2.5. 7.3-cü bəndin ikinci cümləsində “Universitet” sözü “İnstitut” sözü ilə əvəz edilsin;
2.2.6. 7.18-ci bənddən “orta ixtisas,” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 iyul 2024-cü il
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:
1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...
21 aprel 2025, 16:40Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakı şəhəri...
21 aprel 2025, 16:38