13:09

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Özbəkistan Respublikasının Baş nazirinin müavini Cəmşid Xocayevi qəbul edib.
Qəbula görə minnətdarlığını bildirən Cəmşid Xocayev, ilk növbədə, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə təşəkkürünü bildirdi, onun da salamlarını Şavkat Mirziyoyevə çatdırmağı xahiş etdi.
Cəmşid Xocayev vurğuladı ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi böyük uğurlar Özbəkistanda sevinc hissi ilə qarşılanır. O, 20 Sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə təbriklərini çatdırdı.
Özbəkistan üçün Azərbaycanın mühüm dövlətlər sırasında layiqli yeri olduğunu deyən qonaq ölkəmizin həm regionda, həm də dünyada böyük nüfuza malik olduğunu vurğuladı. O qeyd etdi ki, Prezident İlham Əliyevin müdrik qərarları ilə azad olunmuş ərazilərimizdə, o cümlədən tarixi şəhərlər olan Şuşa və Xankəndidə həyata keçirilən böyük yenidənqurma və bərpa işləri Özbəkistanda maraqla izlənilir.
Cəmşid Xocayev iş adamları ilə birgə ölkəmizə səfərinin Azərbaycan və Özbəkistan prezidentlərinin tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı olduğunu diqqətə çatdırdı.
Prezident İlham Əliyev Özbəkistana dövlət səfərini, ondan əvvəl isə Özbəkistan Prezidentinin Azərbaycana səfərini məmnunluqla xatırladı. Özbəkistana dövlət səfəri zamanı iki ölkənin iş adamları ilə keçirdikləri görüşün əhəmiyyətinə toxunan Azərbaycan Prezidenti investisiya layihələri üzərində fəal iş aparılması istəyinin olmasını məmnunluqla qeyd etdi. Bu baxımdan Prezident İlham Əliyev yaradılmış birgə investisiya fondunun artıq konkret layihələrlə təmin olunduğunu vurğuladı.
Əziz qardaşı Şavkat Mirziyoyevlə qarşıdakı görüşlərini məmnunluqla gözlədiyini deyən Azərbaycan Prezidenti hər iki dövlət başçısının görüşlərinin əməkdaşlığın gündəliyində duran məsələlərin həyata keçirilməsi baxımından önəmini qeyd etdi.
Prezident İlham Əliyev Özbəkistan Baş nazirinin müavininin ölkəmizə səfərinin əməkdaşlığımızın genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi.
Görüşdə əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:
1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...
21 aprel 2025, 16:40Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakı şəhəri...
21 aprel 2025, 16:38