Macarıstanın Baş naziri Viktor Orbandan

23 dekabr 2024, 19:12

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

İcazə verin doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırım.

Azərbaycan Macarıstan üçün böyük əhəmiyyət daşıyır. Mən şadam ki, əlaqələrimiz ötən illər ərzində möhkəmlənməkdə davam edib və müstəsna əhəmiyyət kəsb edən strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Cənab Prezident, əminəm ki, Sizin fədakarlığınız olmadan bizim ümumi uğurlarımız mümkün olmazdı. Fürsətdən istifadə edərək dəstəyinizə görə Sizə minnətdarlığımı bildirirəm.

Ölkələrimiz arasında əməkdaşlığın xüsusilə enerji və su idarəçiliyi kimi əsas sahələrdə daha da genişlənməsi üçün böyük potensialı var.
Sizi əmin edirəm ki, gələcəkdə əməkdaşlığımızı dərinləşdirmək və ümumi məqsədlərimizə nail olmaq üçün mənim şəxsi dəstəyimə və hökumətimin dəstəyinə arxayın ola bilərsiniz.

Sizə möhkəm cansağlığı, mühüm önəm kəsb edən vəzifələrinizin həyata keçməsində böyük uğurlar arzulayıram.

Hörmətlə,

 

Viktor Orban

Macarıstanın Baş naziri

SƏNƏDLƏR Sərəncamlar 21 aprel 2025
16:40
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...

21 aprel 2025, 16:40