13:09

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Doğum gününüz münasibətilə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın - GUAM-ın Katibliyi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırıram.
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli dirçəliş, inkişaf ideyalarının və strategiyasının həyata keçirilməsində Sizə yeni uğurlar və qələbələr arzulayırıq. Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə güclü, müasir, firavan, bir çox sahələrdə heyrətamiz nailiyyətlər əldə edən, regional və qlobal məsələlərdə əsas aktor rolunu oynayan ölkəyə çevrilib.
Biz dövlət quruculuğu və institusional inkişaf, işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və ölkənin sosial-iqtisadi strukturuna reinteqrasiyası, iqtisadiyyatın şaxələndirilməsi və modernləşdirilməsi, respublikanın regional və qlobal məsələlərdə fəal rolu ilə bağlı əldə olunan nailiyyətlərə heyranıq.
Azərbaycanın işğal edilmiş ərazilərinin tarixi Qələbə ilə azad edilməsindən və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra həyata keçirilən quruculuq proqramı miqyası, sürəti və keyfiyyəti baxımından misilsizdir. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı Proqramının həyata keçirilməsi təqdirəlayiqdir.
Müharibədən sonrakı dövrdə ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq regionda davamlı sülhün və sabitliyin bərqərar olması istiqamətində nümayiş etdirdiyiniz əzmkar səyləri də yüksək qiymətləndiririk.
Azərbaycan Sizin rəhbərliyinizlə beynəlxalq məsələlərdə öz rolunu və nüfuzunu möhkəmləndirməkdə davam edir. Bakıda COP29 Sammiti kimi qlobal əhəmiyyətli tədbirin uğurla keçirilməsi bunun əyani sübutudur. Beynəlxalq məsələlərin bir çox aspektlərində prinsipial və ardıcıl mövqeyiniz, qarşıya qoyulan məqsədlərə nail olmaq bacarığınız sayəsində Siz dünyada yüksək nüfuz və hörmət qazanmısınız.
Cənab Prezident, biz regional təşkilat olaraq irəli sürdüyünüz təşəbbüslərin həyata keçirilməsi işinə dəstək verməyə hazırıq. Həmçinin Azərbaycanın GUAM-a üzv dövlətlər arasında bölüşə biləcəyi təcrübəsini öyrənməkdə də maraqlıyıq. Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfəni yüksək qiymətləndirir, onun getdikcə daha da güclənəcəyinə inanırıq.
Zati-aliləri, doğum gününüz münasibətilə Sizə bir daha səmimi təbriklərimizi çatdırır, möhkəm cansağlığı, güclü, müasir, demokratik və firavan Azərbaycanın daha da inkişafı naminə bütün ideya və təşəbbüslərinizi həyata keçirmək üçün tükənməz enerji arzulayırıq.
Hörmətlə,
Altay Əfəndiyev
GUAM-ın Baş katibi
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:
1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...
21 aprel 2025, 16:40Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakı şəhəri...
21 aprel 2025, 16:38