“SOCAR Energy Georgia” MMC-nin baş direktorunun müşaviri Yuri Çaxunaşvilidən

24 dekabr 2024, 14:34

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə ürəkdən və xüsusi ehtiramla təbrik edirəm. Sizə möhkəm cansağlığı, tükənməz enerji, ailə səadəti, ölkənin və xalqın rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Sizin rəhbərliyinizlə Azərbaycanda həyatın bütün sahələrində əldə edilən uğurlarla fəxr edirik. Bu uğurlar Azərbaycan xalqının Sizin liderliyinizlə qazandığı tarixi qələbələr nəticəsində xüsusilə aydın şəkildə hiss olunur.

Sizin müdrik, düşünülmüş və praqmatik xarici siyasətiniz Azərbaycanın beynəlxalq aləmdə nailiyyətləri və qələbələri üçün zəmin yaradır.

İcazə verin, Sizə ən xoş arzularımı bir daha çatdırım, həmçinin planlarınızın və ideyalarınızın tezliklə həyata keçməsini arzulayım.

Hörmətlə,

 

Yuri Çaxunaşvili

“SOCAR Energy Georgia” MMC-nin baş direktorunun müşaviri

SƏNƏDLƏR Sərəncamlar 21 aprel 2025
16:40
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...

21 aprel 2025, 16:40