13:09

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Sizi doğum gününüz münasibətilə Türk Mədəniyyəti və İrsi Fondu adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Zati-alinizə möhkəm cansağlığı, ailə səadəti və Azərbaycan Respublikasının daha da inkişafı üçün həyata keçirdiyiniz uzaqgörən fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzu edirəm.
Müdrik rəhbərliyinizlə Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi istiqamətində əminliklə addımlayıb. Bu gün Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri Türk dünyasının gücləndirilməsi və Türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsidir. Andiçmə mərasimində söylədiyiniz “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur” fikri Azərbaycanın Türk dünyası ilə bağlı siyasətinin nə qədər əhəmiyyətli olduğunu göstərir.
Sizin təşəbbüsünüzlə yaradılmış Türk Mədəniyyəti və İrsi Fondu zəngin mədəni türk irsinin qorunması və bütün dünyada tanıdılmasından, eləcə də bu vəsilə ilə Türk dünyasının gücləndirilməsinə öz töhfəsini verməkdən qürur duyur.
Əminəm ki, Azərbaycan xalqının rifahı naminə gördüyünüz işləri bundan sonra da uğurla davam etdirəcəksiniz.
Sizi bir daha doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.
Fürsətdən istifadə edərək Zati-alinizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də səmimi-qəlbdən təbrik edirəm.
Dərin hörmətlə,
Aktotı Raimkulova
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:
1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...
21 aprel 2025, 16:40Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakı şəhəri...
21 aprel 2025, 16:38