Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyevdən

24 dekabr 2024, 17:20

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Azərbaycanın və xalqınızın inkişafı, firavanlığı, regionda və dünyada bərabərhüquqlu əməkdaşlığın, ədalətli nizamın sabitliyinin möhkəmləndirilməsi naminə fədakar əməyinizin əhəmiyyətini yüksək qiymətləndiririk.

Sizin qeyri-adi şəxsi keyfiyyətləriniz, milli və dünya liderinə xas olan rəhbər və strateq kimi böyük səriştəniz dərin hörmət və heyranlıq doğurur. Müdrik, istedadlı, ilhamverici rəhbərliyiniz ölkənizin dünya miqyasında mövqeyini ildən-ilə möhkəmləndirir, Azərbaycan ilə Rusiya arasındakı səmimi münasibətlərin inkişafına töhfə verir, ən iddialı birgə layihələrin həyata keçirilməsinə şərait yaradır.

İcazə verin, bu xoş gününüzdə Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, doğma ölkənizin rifahı naminə bütün möhtəşəm planlarınızı həyata keçirmək üçün tükənməz enerji və güc arzulayım. Sizə, doğmalarınıza və yaxınlarınıza firavanlıq və əmin-amanlıq, ölkənizə sülh və tərəqqi diləyirəm.

Hörmətlə,

 

Dmitri Savelyev

Rusiya Federasiyası Dövlət Dumasının deputatı,

Azərbaycan Respublikasının parlamenti ilə dostluq

qrupunun əlaqələndiricisinin müavini

SƏNƏDLƏR Sərəncamlar 21 aprel 2025
16:40
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...

21 aprel 2025, 16:40