Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımdan

25 dekabr 2024, 10:31

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik arzulayıram.

Ali Baş Komandan kimi qətiyyətli və uzaqgörən rəhbərliyinizlə 44 günlük Vətən müharibəsi və 24 saat davam edən antiterror tədbirləri nəticəsində
Can Azərbaycanımızın ərazi bütövlüyünü bərpa etməklə Siz həm Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini, həm də xalqınızın arzusunu yerinə yetirdiniz.

Zati-alinizin müdrik və humanist siyasəti sayəsində Azərbaycan Respublikası beynəlxalq aləmdə ona olan etimadı gündən-günə gücləndirir. Azərbaycanın sabitliyi, firavanlığı, gələcək nəsilləri üçün göstərdiyiniz dəyərli səyləri qürurla və sevinclə izləyirik.

Prezidentimiz Rəcəb Tayyib Ərdoğan ilə birlikdə rəhbərliyinizlə Türkiyə və Azərbaycanın reallaşdırdığı böyük layihələrə və qarşıdakı ideyalara görə hər iki ölkənin xalqları olaraq gələcəklə bağlı ümidli və qürurluyuq.

Hörmətli Prezident, fürsətdən istifadə edərək, Sizi Yeni il münasibətilə də ürəkdən təbrik edir, Can Azərbaycanın qarşıya qoyduğu bütün məqsədlərə və vəzifələrə uğurla çatmasını arzulayır, Zati-alinizə ən dərin hörmət və ehtiramımı bildirirəm.

Hörmətlə,

 

Şamil Ayrım

Türkiyə Böyük Millət Məclisinin deputatı,

Türkiyə-Azərbaycan parlamentlərarası

dostluq qrupunun rəhbəri

SƏNƏDLƏR Sərəncamlar 21 aprel 2025
16:40
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...

21 aprel 2025, 16:40