İlham Əliyev Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarını qəbul edib

04 aprel 2025, 11:21
İlham Əliyev Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarını qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında iştirak edən Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgenseni qəbul edib.

Prezident İlham Əliyev Azərbaycan ilə Avropa Komissiyası arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın uzun və uğurlu tarixinin olduğunu dedi, bunun xüsusilə hazırkı dövrdə enerji məsələlərinin mühüm amilə çevrilməsində rolunu vurğuladı. Dövlətimizin başçısı enerji sahəsində Avropa bazarının bizim üçün əsas bazar olduğunu qeyd edərək, Azərbaycanın bu bazarda ixrac coğrafiyasını genişləndirmək istədiyini bildirdi.

Dan Yorgensen ilk növbədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Ursula Fon der Lyayenə çatdırmağı xahiş etdi.

Qonaq xüsusilə bu mürəkkəb zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə görə minnətdarlığını bildirərək vurğuladı ki, ölkəmizlə əməkdaşlığa çox böyük önəm verirlər və bunu gələcəkdə də inkişaf etdirmək istəyirlər.

Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı COP29-un ölkəmizdə uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırdı.

Söhbət zamanı həm təbii qaz, həm də yaşıl enerji sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu. Bildirildi ki, Avropa İttifaqı öz imkanları çərçivəsində bu istiqamətlər üzrə əməkdaşlığa dəstək verməyi düşünür.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında enerji dialoqunun uğurla aparıldığı vurğulandı, bunun gələcəkdə də davam edəcəyinə ümidvarlıq bildirildi.

SƏNƏDLƏR Fərmanlar 07 aprel 2025
19:25
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999,...

07 aprel 2025, 19:25
SƏNƏDLƏR Fərmanlar 07 aprel 2025
19:23
“İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

PDF yükləyin

07 aprel 2025, 19:23
SƏNƏDLƏR Sərəncamlar 04 aprel 2025
11:37
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin...

04 aprel 2025, 11:37