İlham Əliyev Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqanı qəbul etmişdir

13 sentyabr 2010, 16:50
İlham Əliyev Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqanı qəbul etmişdir

Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqanı qəbul etmişdir.

Xanım Vayra Vike-Freyberqa ölkəmizə səfərindən ötən beş il ərzində Bakıda çox böyük işlərin görüldüyünü, paytaxtın gözəl və müasir bir şəhərə çevrildiyini dedi və bu münasibətlə dövlətimizin başçısını təbrik etdi.

Xoş sözlərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı Bakı şəhərində, eləcə də Azərbaycanın bölgələrində irimiqyaslı layihələrin həyata keçirildiyini, müxtəlif sahələrə, o cümlədən turizmin inkişafına böyük həcmdə sərmayələrin qoyulduğunu bildirdi. Azərbaycanın beynəlxalq əlaqələrinə toxunan Prezident İlham Əliyev ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı məsələlərinə böyük önəm verdiyini vurğuladı.

Xanım Vayra Vike-Freyberqa Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının daha da genişlənməsi işinə həmişə dəstək verəcəyini dedi.

SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:10
“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi...

11 fevral 2025, 16:10
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:08
“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il dekabrın 21-də Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında...

11 fevral 2025, 16:08
SƏNƏDLƏR Sərəncamlar 11 fevral 2025
16:04
“Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28...

11 fevral 2025, 16:04