17:24
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Muxtar Bahadur oğlu Babayev Azərbaycan...
05 fevral 2025, 17:24Prezident İlham Əliyev Küveyt Dövləti Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Sabah Əl-Xalid Əl-Hamad Əl-Sabahın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlət başçısı Azərbaycan ilə Küveyt arasında ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev Küveyt Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Sabah Əl-Xalid Əl-Hamad Əl-Sabahın Azərbaycana səfərinin ölkələrimiz arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət və mədəni sahələrdə daha da gücləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycan ilə Küveyt arasında mövcud tərəfdaşlıq əlaqələrinin gələcək illərdə də uğurla inkişaf edəcəyini əminliklə qeyd etdi.
Baş nazirin müavini, xarici işlər naziri Şeyx Sabah Əl-Xalid Əl-Hamad Əl-Sabah Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın salamlarını və məktubunu dövlətimizin başçısına çatdırdı. Qonaq ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində Azərbaycan-Küveyt hökumətlərarası birgə komissiyanın fəaliyyətinin əhəmiyyətini qeyd etdi. O, Azərbaycana səfərinin ikitərəfli münasibətlərimizin gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyən qonaq münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsinin vacibliyini qeyd etdi. Şeyx Sabah Əl-Xalid Əl-Hamad Əl-Sabah ölkələrimizin özəl strukturları arasında da əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğuladı.
Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın salamlarına və məktubuna görə minnətdarlığını bildirdi, onun da salamlarını Küveyt Dövlətinin Əmirinə çatdırmağı xahiş etdi. Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahla görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev əlaqələrimizin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini vurğuladı.
Görüşdə parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi bildirildi, birgə infrastruktur layihələrinin əhəmiyyəti qeyd olundu, ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək vermələrinin önəmi vurğulandı və bu əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə olundu.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Muxtar Bahadur oğlu Babayev Azərbaycan...
05 fevral 2025, 17:24Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər...
05 fevral 2025, 17:22Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2024-cü il noyabrın 11-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial...
05 fevral 2025, 15:58Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun...
05 fevral 2025, 15:56Azərbaycan Respublikası humanizm prinsiplərinə söykənərək, ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardımlar göstərir.
Ukraynada yaranmış son vəziyyətlə əlaqədar Azərbaycan dövləti tərəfindən Ukrayna...
05 fevral 2025, 15:54Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
İki il əvvəl Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində həyatlarını itirmiş bacı-qardaşlarımızın əziz xatirəsini dərin...
05 fevral 2025, 14:37Hörmətli cənab Prezident,
Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi...
04 fevral 2025, 17:47Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr...
04 fevral 2025, 15:35Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikası İqtisadiyyat...
03 fevral 2025, 15:48Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun qüvvəyə minməsi...
03 fevral 2025, 15:46Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 20-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin hüquqi, iqtisadi, sosial və təşkilati əsaslarını...
03 fevral 2025, 15:44